ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 14/12/2022 Bu il 54 mindən çox şəxsə əlillik təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54,2 min şəxsə əlillik təyin edilib. Onlardan 18,4 mininə ilkin, 35,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.
- 12/12/2022 DAHİ
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.
- 12/12/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Azərbaycanda fəaliyyət göstərən QHT təmsilçiləri Laçın yolunda sülhməramlıların yerləşdi ərazidə etiraz aksiyası keçirirlər.
- 10/12/2022 Ukraynaya humanitar yardımın növbəti hissəsi yaxın günlərdə yola salınacaq
https://www.youtube.com/watch?v=NJ71E0AmPfU
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 10-da Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi ilə bağlı tədbirdə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Səməd İslamov deyib.
- 9/12/2022 Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.
- 8/12/2022 Kvota üzrə 66 min iş yerinin əksəriyyəti kadrlarla təmin olunub
Əlilliyi olanlar arasında müxtəlif peşələrə sahib olan çox qabiliyyətli şəxslər var. Bu o deməkdir ki, istənilən sahədə - ən adi işçidən tutmuş ən rəhbər vəzifəyə qədər olan proseslərdə əlilliyi, eləcə də digər həssas kateqoriyadan olanları cəlb edə bilərik.
- 8/12/2022 I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyənləşdirilən 16,7 minədək şəxsə birdəfəlik ödəmə verilib
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
- 8/12/2022 “YAŞAT” Fondunun yaradılmasından iki il ötür
AZƏRTAC xəbər verir ki, bununla bağlı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində mətbuat konfransı təşkil olunub.
- 8/12/2022 Şəkərli diabetdən əziyyət çəkənlərin sayı 18 faiz artıb
Bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkidən əziyyət çəkənlərin sayı artır. Artıq çəki bir çox xəstəliklərə səbəb olur. Bunların içərisində şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri əsas yer tutur.
- 7/12/2022 Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
- 7/12/2022 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 6/12/2022 Milli Xalça Muzeyində “İstedad sərhədsizdir” adlı sərgi açılıb
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
- 6/12/2022 Dünya Bankının tədbirində ölkəmizdəki dayanıqlı sosial müdafiə sistemi və bu sahədə hədəflərdən bəhs olunub
Dünya Bankı tərəfindən müxtəlif ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə “Böhran və bərpa dövründə sosial müdafiə” mövzusunda virtual dəyirmi masa keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər pandemiya dövründə ölkəmizdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilmiş geniş miqyaslı tədbirlər paketini diqqətə çatdırıb.
- 6/12/2022 “İşsizin dostu” proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir
Ölkəmizdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik “İşsizin dostu” ödənişli ictimai işlər proqramında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin icra etdiyi proqram üzrə hazırda 51 mindən çox şəxs işləyir ki, onlardan 7,2 mini müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxslərdir.