ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 11/9/2018 İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq
- 6/9/2018 Yaponiya xarici işlər nazirinin xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində olub
Yaponiya xarici işlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub.
- 5/9/2018 Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanı
Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir.
- 3/9/2018 İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq
Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
- 3/9/2018 Əlilliyi olan qadınlara yönəlmiş ayrı-seçkiliyə qarşı ictimai fəallığın artırılması
Azərbaycan Əlil Qadınlar Cəmiyyəti əlilliyi olan qadınlara və qızlara qarşı fiziki, psixoloji, cinsi və maliyyə zorakılığı daxil olmaqla, mövcud olan bir sıra şiddət növləri mövcudluğunu aşkarlamışdır. Eyni zamanda, əlilliyi olan qadınlara qarşı ayrıseçgilik, buna məruz qalan bir sıra problemləri ilə əlaqədardır.
- 29/8/2018 “Məşğulluq haqqında” yeni qanun dövlət məşğulluq siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə xidmət edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu da əhalinin məşğulluğunun təminatı,
- 29/8/2018 Əlilliyi olan gənclər üçün peşə kursu başa çatdı
“Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Preizdenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi Olan Gənclərin Peşə Kurslarına cəlb edilməsinin təşkili və onların məşqulluğunun təmini” layihəsinin icrası başa çatdı.
- 27/8/2018 “Gənc DOST” Proqramı həyata keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində “Gənc DOST” Proqramı həyata keçiriləcək.
- 25/8/2018 Xalça Muzeyinə ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunub.
- 22/8/2018 “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı
Avqustun 21-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimat mərasimi keçirilib.
- 21/8/2018 Sosial xidmət müəssisəsində əlilliyi olan uşaqlarla görüş olub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakının Xəzər rayonunda yerləşən 1 saylı sosial xidmət müəssisəsində uşaqlara stasionar şəraitdə göstərilən sosial xidmətləri nəzərdən keçirib.
- 21/8/2018 Sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub. Qurban bayramı münasibəti ilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.
- 20/8/2018 Əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək
Əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi, onların istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması üçün cari ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin X ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi təşkil olunacaq.
- 20/8/2018 Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir
“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr olunmuş tədbir keçirib.
- 18/8/2018 Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubiley tədbirlərində iştirak
Avqustun 16-17 – də Moskva şəhərində Ümumrusiya əlillər cəmiyyətinin (ÜƏC) 30 illik yubileyi keçirilmişdir. Yubiley tədbirlərində ÜƏC-in regionnal, federal, mərkəzi orqanlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin 200 – yüzdən çox nümayəndəsi iştirak etmişdir. Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti, Beynəlxal Əlil Təşkilatlarının MDB regional bölməsinin sədri Davud Rəhimli Azərbaycanı təmsil etmişdir.