ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 15/1/2022 Keçən il pensiya olaraq 118 mln. manat çox olmaqla 4 milyard 592 mln. manat vəsait ödənilib
Pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9% artaraq 331 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8% artaraq 358 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib.
- 14/1/2022 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib.
İctimai Nəzarət Mərkəzinin 14 yanvar 2022-ci il tarixində “Vətəndaşların sosial problemləri və ictimai nəzarət” mövzusunda onlayn konfrans keçirilib.
- 14/1/2022 Ötən il DSMF-yə sosial sığorta daxilolmaları 290,2 milyon manat artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri keçən il 429 milyon manat və ya 9% artaraq 5178 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sosial sığorta daxilolmaları ötən il 3843,4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 290,2 milyon manat və ya 8% çoxdur.
- 14/1/2022 Yaxın zamanlarda QHT-lərlə bağlı prosedur da hazır olacaq, QHT-lərlə əməkdaşlıq istiqamətində yeni prosedur hazırlanır.
QHT.az-ın məlumatına görə, bunu mədəniyət nazirinin müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün tətbiq olunan yeni yanaşma sadəcə nazirlikdaxili layihələrə aiddir, eyni zamanda paralel olaraq QHT-lərlə əməkdaşlıq da layihə idarəçiliyi çərçivəsində görülür.
- 13/1/2022 Şəki Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir reabilitasiya müəssisəsində - Şəki şəhərindəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə KİV nümayəndələrinin tanışlığı üçün həmin Mərkəzə mediatur təşkil edilib.
- 12/1/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 12/1/2022 Azərbaycanda Amerika Ticarət Palatası üzvləri ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi, ölkəmizdə sahibkarlığın inkişafının bütün istiqamətlər üzrə dövlət tərəfindən dəstəkləndiyini, ölkə iqtisadiyyatında özəl sektorun rolunun davamlı artmaqda olduğunu bildirib. Nazir biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi önəm verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
- 11/1/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 11/1/2022 Ötən il 62 min şəxsə əlillik və sosial ödənişlər təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub. 2021-ci ildə əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən 2 dəfədən də çox olub.
- 11/1/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 10/1/2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif yaradıcılıq növlərində təlim kursları təşkil olunur
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim keçən, burada müxtəlif yaradıcılıq sahələri üzrə bilik və bacarıqlarını inkişaf etdirən şəxslərə öz bacarıqları üzrə kiçik biznes sahələri qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək veriləcək. Həmin şəxslərdən peşəkar bacarıqlara malik 50-dək şəxsin bu il proqrama cəlb edilərək aktivlərlə təmin olunması nəzərdə tutulur.
- 9/1/2022 Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək
Prezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda qeyd edilib.
- /1/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 8/1/2022 Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüd necə veriləcək?
Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Qanunvericiliyə uyğun olaraq, onlara “Müharibə veteranı” adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
- 7/1/2022 “Əmək müqaviləsi bildirişi” altsistemində minimum əməkhaqqından aşağı maaşın qeyd olunmasına məhdudiyyət tətbiq olunub
Ölkəmizdə minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.
Bu barədə Nazirlikdə keçirilən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və Xidmətin qarşısında duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.