ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 09/11/2019 9 noyabr tarixi Dövlət Bayrağı günüdür
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
- 10/11/2019 ADL "14 noyabr – Ümumdünya Diabet Günü" ilə bağlı maarifləndirici aksiya keçirəcək.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb.
- 5/11/2019 Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirib.
- 1/11/2019 Aynur Məmmədova 4 cü dəfə Avropa çempionu oldu
İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında paralimpiyaçı Aynur Məmmədova "Pala Florio" idman arenasında 58 kq yuxarı çəki dərəcəsində İspanyalı idmançısına 8- 6, daha sonra Fransız idmançıya 23-1 və Rusiyalı idmançıya 12-8 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmışdır.
- 28/10/2019 Əlilliyi olan şəxslərin hüquqlarına dair Bakıda seminar keçirilib.
Oktyabrın 28, 2019-cu il tarixində Finlandiyanın Xarici İşlər Nazirliyi, Finlandiyanın ABİLİS Fondu və Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəstəyi ilə Bakı şəhərində Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş “İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar keçirilmişdir.
- 26/10/2019 Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığının qarşısının alınması məqsədilə icma səviyyəsində maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində maarifləndirmə tədbiri Hacıqabul rayonunda təşkil edilib.
- 23/10/2019 “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili”
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ƏƏSM Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə
- 18/10/2019 Bərdədə maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində növbəti tədbir Bərdə rayonunda keçirilib.
- 17/10/2019 Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Blogerlik və vlogerlik fəaliyyətində Azərbaycan dövlətinin sosial – humanitar siyasətinin təbliği mövzusunda layihə.
- 17/10/2019 Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq
Məqsəd dövlət tərəfindən əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə, maneəsiz informasiya əldə etmələrinə, həmçinin öz fikirlərini, ideyalarını sərbəst ifadə etmələrinə, ümumən cəmiyyətə inteqrasiyasına daha geniş şərait yaradılmasıdır. İşarət dilinin istifadəsinin genişləndirilməsi məqsədi ilə görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün ədəbiyyatın nəşr edilməsi, elmi, metodiki, bədii əsərlərin, həmçinin təhsil müəssisələri və kitabxanalar üçün Brayl şrifti ilə çap edilmiş ədəbiyyatların əldə olunması təmin ediləcək.
- 12/10/2019 Ucarda maarifləndirmə tədbiri keçirilib
“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Ucar rayonunda maarifləndirmə tədbiri keçirilib.
- 8/10/2019 "Leykemiya ilə mübarizə" İctimai Birliyinin 13 illik fəaliyyəti ilə bağlı toplantı
"Leykemiya ilə mübarizə" İctimai Birliyinin 05 oktyabr 2019-cu il tarixində 13 illik fəaliyyəti ilə bağlı toplantısı kecirildi. Bu toplantını kec irməkdə bizə dəstək olan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni cənablarına dərin təşəkkürümüzü bildiririk!
- 7/10/2019 Bir qrup əlilliyi olan istedadlı şəxslər Beynəlxalq Festivalda qalib olaraq Qran Prin Azərbaycana gətirdilər.
4-7 oktyabr 2019- cu il tarixdə İstedadlı Əlillər İctimai Birliyinin üzvləri Gürcüstanın Rustavi şəhərində keçirilən IV ERIA - DIAMOND – 2019 adlı Beynəlxalq Festivalın qalibi oldular.
- 5/10/2019 Saxtakarlıq faktı aşkar olunduğuna görə 779 vətəndaşın ünvanlı dövlət sosial yardımı almaq hüququ dayandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Seçmə üsulla aparılan araşdırma və təhlillər nəticəsində şübhə doğuran bəzi məqamlar üzə çıxıb.