ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 19/7/2022 Gözdən əlilliyi olan 50 nəfərə sosial reabilitasiya və bərpa xidmətləri göstərilib
Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib. Şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur.
- 19/7/2022 Böyük qayıdışın ilk iştirakçıları olan Ağalı kənd sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb
Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür.
- 18/7/2022 Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
https://www.youtube.com/watch?v=065BdN3Q3rU
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.
- 18/7/2022 “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”nın təlimçiləri məlum oldu
Məlumat verdildiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
- 17/7/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 16/7/2022 “Məşğulluq marafonu” üzrə 2500-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 654 işəgötürən qoşulub. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4585 vakansiya təqdim ediblər.
- 15/7/2022 Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib
https://video.azertag.az/site/video/148244
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
- 15/7/2022 “Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq
“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqi əmək münasibətlərinin tənzimlənməsi və bu sahədə tətbiq edilən kargüzarlığın elektronlaşdırılması istiqamətində bir sıra dəyişiklikləri nəzərdə tutub. ƏMAS bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni dəstək mexanizmini formalaşdırıb.
- 15/7/2022 “Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmaması üçün dövlətin sosial sahədə həyata keçirdiyi köklü islahatların tərkib hissəsi olan “Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem vasitəsilə həyata keçiriləcək.
- 15/7/2022 Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib
Bu gün də bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib.
- 14/7/2022 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, onların bilik və bacarıqlarının artırılması məqsədilə “QHT-lərin I İnkişaf və Mübadilə proqramı”na başlayır.
Proqram çərçivəsində Mingəçevir şəhərində 3 günlük (30, 31 iyul və 1 avqust 2022-ci il) təlim təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- 14/7/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin etdi
Postmüharibə dövründə 324 nəfər müharibə əlilinin 338 ədəd müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha bir qrup müharibə əlili yüksək texnologiyalı müasir 4-cü nəsil protezlərlə təmin edilib.
- 13/7/2022 Postmüharibə dövründə sosial dəstək paketi: 100 min şəxsə 191 min xidmət göstərilib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilməkdədir.
- 12/7/2022 Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailəsi üzvləri və qazilərdən ibarət 41 min şəxsə xidmətlər göstərilib
Vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlamasından artıq 1 il keçir və ötən dövrdə bu mərkəzlərdə 41 min şəxsə xidmət göstərilib. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir.
- 11/7/2022 Təbrik edirik! QHT.az saytının 7 yaşı tamam olur.
“QHT.az ixtisaslaşmış saytdır və əsas məqsədi QHT-lərin fəaliyyətini işıqlandırmaq, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin cəmiyyətə daha dolğun təqdimatının və əlçatanlığının təmin edilməsinə yardım etmək, QHT sədrlərinin ölkənin ictimai həyatı ilə bağlı fikirlərinin cəmiyyətə çatdırlmasından ibarətdir”.