ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/12/2022 Əmək və sosial müdafiə sahəsində bu il aparılan işlər və qarşıda duran hədəflər müzakirə olunub
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Bunun nəticəsi olaraq ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində sosial islahatlar bu il də ardıcıl və geniş miqyas alıb və qarşıda yeni sosial hədəflər var.
- 23/12/2022 “2023-cü il qrant müsabiqəsi”mövzularının müəyyənləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.
23 dekabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti ictimai müzakirə keçirib.
- 22/12/2022 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- 22/12/2022 A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında
https://www.youtube.com/watch?v=dzu7kmPtk6U
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin.
- 21/12/2022 Növbəti Azərbaycan Karyera İnkişaf Forumu keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 2-ci dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.“Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
- 21/12/2022 Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı
Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.
- 20/12/2022 Azərbaycan Finlandiya əməkdaşlığı 30 il.
20 dekabr tarixdə Landmark otelində Azərbaycan Finlandiya əməkdaşlığı 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirin açılışında Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Xanım Kirsti Narinen və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini 20 illik və bu gün davam edən əməkdaşlıq barədə məlumat vermişlər.
- 20/12/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 19/12/2022 Rusiya Federasiyasının vətəndaşı Mixail Aleksandrov barəsində beynəlxalq axtarış elan edilib.
Bu barədə Modern.az-a Azərbaycan Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
- 19/12/2022 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:
- 19/12/2022 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “The Ritz-Carlton Baku” otelinin açılışında iştirak ediblər
https://video.azertag.az/site/video/161645
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.
- 15/12/2022 “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrası sona çatmışdır.
Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022 - ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olmuşdur. Layihənin əsas məqsədi Şuşada və işğal olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etmək olmuşdur.
- 18/12/2022 Biz sülh carçılarıyıq.
- 16/12/2022 Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası beynəlxalq təşkilatlara və xarici qeyri-hökumət təşkilatlarına müraciət edib.
Məlumat üçün bildiririk ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət
- 16/12/2022 QARABAĞ AZƏRBAYCANDIR!