04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

25/1/2013 “GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyinin uğurları

      Cəmiyyətimizlə, əlillərin ailə üzvləri ilə, əlillərin özləri ilə söhbətlər aparmaq və onları maarifləndirmək  lazımdır ki, yaşından, cinsindən, millətindən, dinindən asılı olmayaraq, əlilləri cəmiyyətə qatılsınlar, aktiv olsunlar. Fiziki məhdud olduğuna görə özlərində qüsur kimi hesab edib miskin olmamalıdırar. Təhsilə, sənətə yiyələnsinlər. Əlillər öz hüquqlarını bilsinlər, çalışıb öz  iradəsi  naminə  ehtiyaclarını  mümkün qədər  ödəsinlər. Özlərini idarə etməyi, mümkün qədər kiməsə  ehtiyacı olmadan müstəqil  yaşamağı bacarsınlar. Əlbətdə, bunun üçün biz dəstək olmalıyıq.

Daha ətraflı

21/1/2013 Əlillərin tibbi-sosial reabilitasiyası sistemi təkmilləşdirilir

 

Yanvarın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə «Sosial Xidmətlər Təşəbbüsü» İctimai Birliyi tərəfindn həyata keçirilən «Əlillərin tibbi-sosial reabilitasiyası sisteminin təkmilləşdirilməsi» layihəsinin təqdimatı olub. Tədbir həmin layihə çərçivəsində və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə tərtib edilmiş «Əlillərin bərpa mərkəzlərində cari vəziyyətin təhlilinə dair hesabat»ın müzakirəsinə həsr edilib.
    

Daha ətraflı

20/1/2013 BİRLİK GÜNÜ, DİRİLİK GÜNÜ

İllərdən 2013, aylardan yanvar…

Daha bir il və toplam 23 il keçdi o gündən…
20 yanvar 1990… –
Bu gün sadəcə təqvimin 19-cu gününü 21-ci gününə bağlayan gün deyil, böyük hərflərlə TARİXdir!
20 yanvar bir dönəmdən başqa dönəmə keçid qapısıdır.
O qapıya yalnız 70 ilin deyil, 200 ilin ağırlığı yüklənmişdi. Və açıldı! Həm də güllələr açıldı, təbii. 70 silahdanmı, 200 silahdanmı, bilmirəm, amma açıldı güllələr.
Can aldı o güllələr: ən azı 137 can!

20 yanvar BİRLİK günüdür, DİRİLİK günüdür!

20 yanvar Sovet imperiyasının əcəl zənginin çalındığı məqamdır.
20 yanvarın bütün “müttəfiq respublikalar”ın dövlət müstəqilliyində… qan haqqı var…

20 yanvar! Tarixin tarix kimi səhifəsi!
20 yanvar qapısı – bəngü açılan!
O qapıdan cocuq da keçdi, yeniyetmə də, gənc də keçdi yaşlı da, qadın da keçdi, kişi də… Və şair də keçdi o qapıdan, təbii! 

Daha ətraflı

18/1/2013 Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları toplu halında nəşr olunub

      Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları» adlı yeni kitab nəşr olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi kitabda tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası ilə bağlı Azərbaycan Respublikasının qanunları, Nazirlər Kabinetinin qərarları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarları, o cümlədən nazirliyin təlimati-metodiki göstərişləri, məktub və əmrləri toplu halında əksini tapıb.
     Müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. Belə ki, 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert Komissiyalarında vəRespublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir. 

Daha ətraflı

09/1/2013 Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial müdafiəsinin, o cümlədən onlara göstərilən sosial xidmətin keyfiyyətinin artmasına imkan yaratmışdır. Əhalinin bu qrupuna göstərilən sosial xidmətin yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyillərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhb ər tutaraq qərara alıram: 

Daha ətraflı

03/1/2013 "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası"nın təsdiq edilməsi barədə

  "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: "Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).  Azərbaycan Respublikasının  Baş naziri   Artur Rasi-zadə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmişdir

Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi

Q A Y D A S I

Daha ətraflı

26/12/2012 İstedadlı əlillərlə bağlı yeni veb-sayt təqdim olunub

   

 
     Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə «Konstitusiya» Araşdırmalar Fondu tərəfindən hazırlanan «İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği» layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib. Davud RƏHİMLİ
    
 

Daha ətraflı

25/12/2012 Müxtəlif bölgələrdə yeni çoxmənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib

 

 

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binasının ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi mərasimi olub.
     Eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, ümumilikdə, 224 minik avtomobili müharibə əlillərinə təqdim edilib. 

Daha ətraflı

21/12/2012 (15-11) İctimai Şura növbəti iclasını keçirib

Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
     İclası giriş sözü ilə açan nazir müavini İlqar Rəhimov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandığını deyib. Qeyd olunub ki, İctim ai Şuranın bu dəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub. 

Həmçinin Nazirliyin İnformasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanovun Nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimlinin «Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması» layihəsi barədə təqdimatlarla çıxış ediblər. İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Daha ətraflı

19/12/2012 Milli nternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif iounub.

 9 dekabr  tarixdə Hilton otelində Milli İnternet Mükafatı - Milli Net 2012  qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net  çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib.  O, Müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell, Delta Telekom , SAZZ və İnfiPro şirkətlərinə minnətdarlığını bildirib. 

Daha ətraflı

14/12/2012 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin GÜLSAM ƏRİB-ə (Ağsu) dəstəyi

 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasında İngilis dilinin Tədrisi Proqramı üzrə 06 Dekabr 2012-ci ildə Avropa Otelinin Bal Zalında könüllülər arasında möhtəşəm and içmə mərasimi keçirilmişdir və həmən tədbirdə Ağsu rayonunda fəaliyyət göstərən “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova iştirak etdi. Eyni zamanda qeyd etmək istəyirik ki, Amerika könüllülərini Azərbaycan mədəniyyət və dəyərləri haqqında məlumatlandırmaq da təlimçinin üzərinə düşür. 07 Dekabır tarixində “GÜLSAM” ƏRİB-in könüllüsü xanım Sarah Wittmann Bakıdan Ağsu rayonuna könüllü dəvət aldığı təşkilat “GÜLSAM” ƏRİB ilə birlikdə müqavilələri əsasında əməkdaşlıqa davam etdirəcəklər. Xanım Sarah Wittmann “GÜLSAM” ƏRİB ilə əməkdaşlıqının səbəbi və məqsədinin açıqlanması, təlim keçəcəyi gənclər ilə tanışlıq məqsədi ilə 15 Dekabr “GÜLSAM” ƏRİB-in hüquqi ünvanında tədbir keçiriləcək və İngilis Dili Kursun açlışını elan edəçək.

“GÜLSAM” ƏRİB-in sədri GÜLNARƏ SƏLİMOVA
Davud RƏHİMLİ Əlil Təşkilatları İttifaqı (ƏTİ)
     

Daha ətraflı

12/12/2012 Bu gün 12 Dekabr - Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür.

    

http://www.youtube.com/watch?v=mcKOeTYCWG4
 
 
 
Bu dünyada yaradılan heç bir şey ebedi deyil. Lakin bəzən, dəyərli olanlar dünyada olmasa belə insan yaddaşında qalır... Unudulmur... Dilə gətirməsən belə, bütün günü onun haqqında danışmasan belə, həyat tarixində, ömür xatirələrində yaşayır və yad olunur... Onlardan biri də Heydər Əliyevdir. Allah rəhmət etsin.
Bu gün 12 Dekabr - Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür. Ruhun şad olsun, Öndər! Hər zaman qəlbimizdə!

Daha ətraflı

10/12/2012 Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü

 

Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ombudsman Aparatında "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər" mözusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Xanım Elmira Süleymanova açmışdır. Ombudsmanın 10 ildə gördüyü işlər, insan hüquqları sahəsində vəziyyət,  tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Konfransda hökumət, QHT, Beynəlxalq təşkilatlar, səfirliklər, KİV nümayəndələri iştirak etmiş və onların çıxışları dinlənilmişdir. Yekunda Müvəkkilin ənənəvi olaraq keçirtdiyi "Hüquqlar hamı üçün" jurnalist yazıları, "Mən və hüquqlarım " mövzusunda uşaq rəsm müsabiqəsi qalibləri mükafatlandırılmışdır.

Daha ətraflı

7/12/2012 “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

BMT-nin Uşaq Fondunun (UNİSEF) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə

7 dekabr 2012-ci il tarixdə, saat 15.00-da “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Elmira Süleymanova və UNİCEFin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard açmışlar. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Vüqar Həsənov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, UNDPİnin Azərbaycan ofisinin rəhbəri Envera Selimoviç müxtəlif mövzularda çıxış etmişlər. Hökumət, QHT və əlilliyi olan insanlar müzakirələrə qoşulmuşlar. Yekunda bütün təkliflərin ümumiləşdirilərək müvafiq orqanlara göndərilməsi qərara alımışdır.  

Daha ətraflı

6/12/2012 “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi

       Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda  “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.

     Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. Davud RƏHİMLİ  

Daha ətraflı




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü