ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 2/4/2013 “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” mövzusunda treninq – seminar
“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial adaptasiyası” problemlərinin müzakirəsinə həsr olunmuş 3 günlük treninq – seminar təşkil etmişdir.
Treninq - seminar 27-29 mart 2013-cü il tarixində Heydər Əliyev Fondu və Rusiya Federasiyasının “UralSib” Maliyyə Korporasiyası tərəfindən Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa olunmuş yeni Reabilitasiya Mərkəzində keçirilmişdir.
- 30/3/2013 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası keçirilmişdir. Gündəlikdə ƏTİ-nin növbəti ümumi yığıncağının keçirilməsi və bundan irəli gələn təşkilati məsələlərə baxılmışdır. Ümumi yığıncağın may ayının 4-də Qəbələ şəhərində, İttifaqın Regional Resurs Mərkəzində keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq tətbirlərdə iştirak, Yeni üzvlərin qəbulu, cari məsələlərə baxılmışdır.
- 29/3/2013 2 aprel Dünya Autizmi Məlumatlandırma Günüdür.
2 aprel Dünya Autizmi Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62/139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.
XXI əsrin psixoloji problemi olan “Autizm”qlobal olaraq ölkəmizdə də həlli vacib problem sayılır. Məlumunuz olsun ki, 2 APREL “ÜMUMDÜNYA AUTİZM MƏLUMATLANDIRMA GÜNÜ” KİMİ QEYD EDİLİR. Sizi 02.04.2013-cü il tarixdə Autizm İctimai Birliyi millətimiz üçün də ən önəmli problemlərdən biri AUTİZM MƏLUMATLANDIRMA tədbirinə dəvət edirik.
- 29/3/2013 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Hemofiliyalı xəstələr üçün keçirilən növbəti təlimlər başa çatmışdır.
Novo Nordisk Hemofiliya Fondunun maliyyələşdirdiyi Regionlarda hemofiliyaya dair diaqnostika sahəsində potensialın möhkəmlənməsi və pasientlərin maarifləndirməsi vasitəsi ilə hemofiliyalı xəstələrə qayğının desentralizasiyası layihəsinin həyata keçirilməsində Gənclər və İdman Nazirliyinində töhvəsi var.
- 21/3/2013 Birləşmiş Millətlər Təşkilatının, 10 Noyabr 2011-ci il tarixli qərarı ilə 21 mart,'' Dünya Down Sindromu Günü'' olaraq tanıdı.
Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur.
- 15/3/2013 Bakıda əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası ilə bağlı beynəlxalq seminar keçirilmişdir
15 mart 2013-cü il tarixdə Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının TAİEX proqramının təşkilatçılığı ilə Bakıda «Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası, qabaqcıl Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar» mövzusunda beynəlxalq seminar başlayıb.
Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin nümayəndələri: Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sozial Hüquqların Araşdırılması ictimai birliyinin sədri Mayis Əliyev, anaşı üç Avropa ölkəsindən olan beynəlxalq ekspertlər - Fransa Respublikası Əlil şəxslərin sosial siyasəti regional bölməsinin şöbə rəisi Brigitte Lacroix Coquil, Litvanın Sosial Təhlükəsizlik və Əmək Nazirliyinin nəzdində fəaliyyət göstərən Əlillik və Əmək Qabiliyyətinin Qiymətləndirilməsi dövlət ofisinin rəhbəri Zdislavas Skvarciany və Almaniyanın Əmək və Sosial İşlər Federal Nazirliyinin nümayəndəsi Joachim Zveig, iştirak edirlər.
- 2/3/2013 "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsi əsasıında layihə təkliflərinin verilməsi və təqdimatı tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsi əsasıında keçirılmış təlimlərə görə layihə təkliflərinin verilməsi və təqdimatı tədbiri keçirilmişdir. Tədbirdə təlimlərdə iştirak etmiş 10 təşkilatın nümayəndəsi, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ və World Vision beynəlxalq hümanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov iştirak etmişlər.
- 26/2/2013 25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir.
25 Fevral 2013-cü ildə "Oriqami" Reabilitasiya Mərkəzində ''Xocalı Harayı '' adlı uşaq və gənclərin yaradıcılıq müsabiqəsi keçirilmişdir. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İcra Hakimiyyətinin başçısı İlqar Abbasov , rayon təşkilatlarının rəhbərləri, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əlil Təşkilatları İttifaqı ( Davud Rəhimli ) əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etmişlər. Müsabiqə iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
- 26/2/2013 Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

- 15/2/2013 15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür.
15 fevral 1989-ci il tarixi Sovet ordusunun sonuncu əskərinin Əfqanstandan çıxmasının 24-ci il dönümü günüdür. Sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 24-cü il dönümü ilə əlaqədar olaraq Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kollektivi Şəhidlər Xiyabanında Azərbaycanın Müstəqilliyi və torpağlarının bütövlüyü uğrunda şəhid olan döyüşçülərin məzarını ziyarət ediblər.
Azərbaycandan 9500 nəfər azərbaycanlı döyüşçü Əfqanıstan müharibəsində iştirak etmişdir. Onlardan 208 nəfər hərbi əməliyatlarda həlak olmuş, 450 nəfər əlil olmuş, 7 nəfər itgin düşmüş, 1400 nəfər isə mülkü işlərdə xidmət etmişdir.
- 4/2/2013 "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi barədə
31.01.2013
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 17
Bakı şəhəri, 31 yanvar 2013-cü il
"Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nın təsdiq edilməsi barədə "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: "Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir
Evdə (səyyar) sosial xidmətin göstərilməsi
Q A Y D A S I
- 4/2/2013 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası keşirilmişdir.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iclasda 2012-ci ildə görülmüş işlərə dair hesabat vermişdir. O cümlədən qeyd olunmuşdur ki, il ərzində 3 layihənin icrasına başlanılmışdır. Onlardan biri uğurla başa çatmış, iki layihə üzrə fəaliyyətlər davam etdirilir.
Bərabər hüquq və imkanların təmin olunması fəaliyyətlərinin davam etdirilməsi, BMT-nin “Əlilliyi olan şəxsləri hüquqları haqqında” Konvensiyasından irəli gələn məsələlər, o cümlədən Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmasının 5 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, əlilliyin vəziyyətinə dair hesabatın hazırlanması, “Əlillər fondunun” yaradılması təşəbbüsü, müxtəlif nominasiyalar üzrə “Əlillərin dostu” açıq müsabiqəsinin təşkili, keçirilməsi Əlil Təşkilatları İttifaqının 2013-cü il üçün əsas fəaliyyət istiqamətləri, prioritetlər kimi qəbul olunmuşdur.
- 29/1/2013 “BU BİZİK”
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi “BU BİZİK” layihəsinin yekunu ilə əlaqədar 29 ya nvar 2013-cü il tarixdə Gəncə şəhəri İncəsənət Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunmusdur. Tədbirdə hökumət, QHT və KİV nümayəndələri iştirak etmişlər.
Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması ilə onların əmək bazarına çıxışlarının təmin olunmasına dəstək olmaqdır.
- 28/1/2013 “Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar”
Yanvarın 28-də Gəncə şəhərində Əlil Təşkilatları İttifaqının (ƏTİ) «Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik» layihəsi çərçivəsində «Hamı üçün bərabər hüquqlar və bərabər imkanlar» mövzusunda konfrans keçirilib.
Hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirak etdiyi konfransda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İsgəndər Müstafayev, «Dünyaya Baxış» beynəlxalq humanitar təşkilatının layihə rəhbəri Vüqar Əhmədov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əsgər Babazadə, Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, QHT rəhbərləri Elmira İsmayılova, Həsən Hüseynli və başqaları çıxış ediblər.
- 25/1/2013 "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
"Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 12
Bakı şəhəri, 22 yanvar 2013-cü il