04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

24/7/2013 “Əlil qız və qadinların sosial müdafiəsinin gücləndirilməsi üçün Kampanyanın təşkili”

Azərbaycan Respublikasının “Əlil Qadınlar” cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlil qız və qadinların sosial müdafiəsinin gücləndirilməsi üçün Kampanyanın təşkili” layihəsinə əsasən dəyirmi masa keçirilmişdir. 

Daha ətraflı

23/7/2013 16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir

16-20 iyul 2013-cü ildə Nyuyorkda BMT-də Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası iştirakçı ölkələrin illik konfransı keçirilmişdir. Konfrans ərəfəsindədə Vətəndaş Cəmiyyəti Forumu (VCF) keçirilmişdir. VCF-u Beynəlxalq Əlil Təşkilatları Birliyi, Əlillər Fondu, Beynəlxalq Əlillər Alyansı, Beynəlxalq əlillər və inkişaf konsorsumu, Beynəlxalq Reabilitasiya təşkilatları ilə birlikdə təşkil olunmuşdur. 20 iyul 2013-cü il tarixdə isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UNDESA) Forumu keçirilmişdir. Azərbaycan Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli bu tədbirlərə ekspert kimi iştirak etmiş və hər iki tədbirdə çıxış etmişdir. Əsas istinad 2015-ci ildən sonra inkişaf proqramıdır.

 

Daha ətraflı

“Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi” layihəsini həyata keçirmişdir.

    “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata  “Regionlarda əhalinin həssas təbəqələrinin sosial hüquqları ilə bağlı məlumatlılığın artırılması və monitorinqi”  layihəsini həyata keçirmişdir.

Daha ətraflı

30/5/2013 Xəstələrin hüquqlarına dair vəkillik fəaliyyətinin rolu.

Fəaliyyətdə xəstələrin hüquqları və maraqlarının müdafiəsinə dair Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üçün Dünya Hemofiliya Federasiyasının dəstəyi ilə 24 – 26 may 2013-cü il tarixdə Ukraynanın Kiyev şəhərində keçirilən Seminarda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti iştirak etmişdir. Seminarın məqsədi İctimaiyyətin maarifləndirilməsində, səhiyyənin təkmilləşdirilməsində və hökumətin dəstəyinə nail olmaq üçün vəkilliyin rolunu anlamaqdır.

Daha ətraflı

19/5/2013 Bakının Dənizkənarı Milli Parkı daha bir beynəlxalq tədbirə - əlil arabasında idman rəqsləri üzrə beynəlxalq festivala şahildlik etdi.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festivalda Azərbaycan da daxil olmaqla 10-dan çox ölkənin dünya və Avropa çempionları olan peşəkar rəqqaslar və rəqs ustaları bir-birindən maraqlı göstərilərlə çıxışlar etdilər. Çıxışlara Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən estrada ulduzları da öz töhvələrini qatdılar. Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Paralimpiya Komitəsi, İnkişaf Naminə İdman İctimai Birliyi, Qafqaz Baku City Hotel & Residences, Pasha Travel, AİK və Mi Verim v Tebya təşkilatlarının dəstəyi ilə baş tutdu. 

Daha ətraflı

16/5/2013 Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər.

Bu gün H.Əliyev Sarayının rəhbərliyi Autizmli uşaqları ziyarət etmiş və məşhurların iştirakı ilə xeyriyyə konserti təşkil etmişlər. Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun Azərbaycan nümayəndəsinin xanımı Xanım Cihankua Herevard da həmişə olduğu kimi autizmli uşaqlarla bir yerdə olmuşdur. Autizmli övladı olan valideynlər Xanım Chankuaya təşəkkürlərini bildirmişlər.  

Daha ətraflı

17/5/2013 “Müharibə Veteranları və Beynəlmliləçi Hərbçilər” İctimai Birliyi

 

“Müharibə Veteranları və Beynəlmliləçi Hərbçilər” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə,  “Ordudan tərxis olunmuş hərbiçlərin mülkü həyata adaptasiyası istiqamətində lobbiçilik ” layihəsini həyata keçirir.

      

 

Daha ətraflı

14/5/2013 “GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyi

“GÜLSAM” Əlillərin Reabilitasiyası Ictimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatla rına Dövlət Dəstəyi Şurası 2013-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə qalib olmuşdur. “Ağsu rayonunda məhdud hərəkətli insanlar üçün dərzilik sənəti üzrə sürətləndirilmiş ixtisas kursunun təşkili” adlı layihənin icarsına başlanılması münasibəti ilə bağlı DƏİRMİ MASA keçirildi. 

Daha ətraflı

2/5/2013 Ümummilli lider Heydər Əliyevin əlillərə qayğısı yüksək humanizm nümunəsidir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı olaraq, mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə «Əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti və qarşıda duran məsələlər» mövzusunda dəyirmi masa keçirilib.
     Dəyirmi masada nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov, Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri, professor Mayis Əliyev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctiмai Birliyinin sədri Mehdi Mehdiyev, Sumqayıt Əlillərin Bərpa Mərkəzinin direktoru Şaban Eyvazov  və digər əlil birliklərinin rəhbərləri Ümummilli lider Heydər Əliyevin ölkə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində misilisz xidmətlərindən söz açıblar.

Daha ətraflı

24/4/2013 “Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları”

   A   zərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini həyata keçirir. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.    Fəaliyyət planına uyğun olaraq 24 aprel 2013-cü il tarixdə Lənkəran şəhərində

“Hamı üçün bərabər imkanlar - “Əlilliyi olan insanların təhsil hüquqları”

mövzusunda dəyirmi masa keçirilmişdir.

Daha ətraflı

16/4/2013 17 aprel Ümumdünya Hemofiliya günüdür.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 16 aprel 2013-cü il tarixdə Ümumdünya Hemofiliya günü ilə əlaqədar   tədbir təşkil etmişdir. Assosiasiyanın sədri Gülnarə Hüseynova tədbir iştirakçılarına hemofiliya, problemlər və görülən işlər barədə ətraflı məlumat vermiş, film nümayiş olunmuşdur.

Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova , Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Yeganə Cəfərova , Milli QHT Forumunun idarə heyətinin sədrinin müavini Qorxmaz İbrahimli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ, Sosia Hüquqların Araşdırılması ictimai birliyinin sədri, BDU-nun professoru Mayis Əliyev, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış etmişlər.

Hemofiliyalı xəstələr üçün maraqlı konsert və əyləncə proqramı nümayiş olunmuşdur.

 

Daha ətraflı

10/4/2013 Sosial xidmətlər sahəsində gələcək fəaliyyət istiqamətləri müəyyən olunub

 
  

  10 aprel 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi sahəsində gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış QHT-lərlə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli Fərmanı ilə tətbiqinə başlanılan «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun sosial xidmətlərin çeşidinin artmasında, sosial xidmət göstəriləcək əhali kateqoriyalarının əhatə dairəsinin və bu sahədə hökumət və ixtisaslaşmış qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq imkanlarının genişlənməsində mühüm rol oynadığını qeyd edib.
   
 

Daha ətraflı

9/4/2013 “Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsi

   

 “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” (ƏBƏU) cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə həyata keçirdiyi “Əlil İnsanlar Üçün Bu Biznes İnkuluzivi Dəstəkləyir” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin məqsədi əlilliyi olan gənclər arasında peşə bacarıqlarının inkişaf etdirilməsi, baza biliklərin formalaşdırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasıdır. 

Daha ətraflı

9/4/2013 Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini

RESS - RELİZ 01    

                                                               

       Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə,  05 aprel 2013 – cü il tarixindən – 05 avqust  2013-cü il tarıxinə kimi, Müharibə əlilləri və şəhid ailələrinin «Elektron Azərbaycan» Hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək layi­hə­sini həyata keçirdəcəkdir.

 

Daha ətraflı

2/4/2013 2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günüdür.

2 aprel Ümumdünya Autizmi Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62/139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur.
      XXI əsrin psixoloji problemi olan “Autizm” qlobal olaraq ölkəmizdə də həlli vacib problem sayılır. 02.04.2013-cü il tarixdə “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində bu münasibətlə tədbir təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə mərkəzin sədri Çiçək xanım MƏMMƏDLI açmışdır. 

Daha ətraflı




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü