ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 24/12/2013 Milli nternet Mükafatı - Milli Net 2013 qaliblərinin təqdimat mərasimi keçirilib. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif olunub.
23 dekabr tarixdə Four Seasons otelində Milli İnternet Mükafatı - Milli Net 2013 qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib. O, Müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb.
- 23/12/2013 Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli partnyorlarla görüş keçirilmişdir.
Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli partnyorlarla görüş keçirilmişdir. Görüşün məqsədi yerli partnyorlarla tanışlıq, layihə haqqında məlumatın verilməsi və bu sahədə olan problemlərlə bağlı ilkin müzakirələrin aparılmasından ibarət idi.
- 24/12/2013 “Qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq”
Azərbaycanda dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq.
Bu ba rədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Fondun sədri son dövrlər bu sahədə beynəlxalq təcrübədə müşahidə olunan bütün tendensiyaların nəzərə alınmasının əsas amil kimi nəzərdən keçirilməli olduğunu önə çəkib. Onun sözlərinə görə, əmək pensiyalarının yığım hissəsi sığortaolunanların fərdi hesablarında real pensiya kapitalının toplanmasını, şəxsin pensiya yaşı tamam olana qədər bu vəsaitin idarə olunaraq artırılmasını və qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya təminatına yönəldilməsini ifadə edir.
- 20/12/2013 “Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.
Siz
i “Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekunlarına və “Jest dili” kitabının təqdimatına həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edirik.- 14/12/2013 12-13 dekabr 2013 –cü il tarixdə Tbilisi şəhərində “Əlillərin hüquqları haqqında beynəlxalq konvensiyasın həyata keçirilməsi: Cənubi Qafqaz ölkələri və Moldovadan öyrənilmiş təcrübə və gələcək fəaliyyətlər” mövzusunda regional konfrans keçirilmişdir
Konfransda dörd ölkənin (Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan) hökumət, İnsan Hüquqları üzrə milli təsisatlar, qeyri-hökumət təşkilatları və BMT-ni aidiyyatı qurumunun ölkə nümayəndəlilkləri iştirak etmişlər. Verilən məlumatlara görə belə bir qənaətə gəlmək olar ki, əlillik problemlərinin həlli istiqamətində görülən işlər aşağı səviyyədədir və inkluziv cəmiyyətin formalaşması istiqamətində əsaslı tədbirlərin görülməsinə ciddi ehtiyac vardır.
- 6/12/2013 Beynəlxalq əlillər günü.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və World Vision (Dünyaya Baxış) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)” mövzusunda konfrans keçirilmişdir.
- 6/12/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Şuranın dəstəyi ilə yekun tədbir keçirmişdir
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsinin yekunlarına və I qrup əlilliyi olan istedadlı yazıçı Samir İmanovun “Hədəfdəki insan” romanının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
- 26/11/2013 "Nitq Qusurları-Alaliya "mövzusunda maarifləndirici təlim kursu
İran islam Respublikasının "Təbriz Reablitasiya Mərkəzi"nin rəhbəri Loqoped -Defektoloq 30 illik təcrübəyə malik Dr.Saeid Rad Yousefnia Azərbaycanda "Nitq Qusurları-Alaliya "mövzusunda maarifləndirici təlim
kursunda oldu. Treninq Autizm Mərkəzi İctimai Birliyi,Uşaq Nevropsixoloji Mərkəz və Nitq İnkişaf Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirildi.Treninq zamanı nevropsixoloji sindromlu uşaqların pulsuz müayinəsi də təşkil edildi.- 19/11/2013 Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarına dair növbəti tədbir Gəncə şəhərində keçirilmişdir
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-H
ökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini uğurla həyata keçirməkdədir.- 15/11/2013 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə Şirvanda Dəyirmi masa keçirib
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” layihəsini uğurla həyata keçirməkdədir. Layihənin məqsədi əlilliyi olan şəxslərin hüquqları və ehtiyacları barədə ictimai məlumatlılığın artırılması, Azərbaycan Respublikasının sosial qanunvericiliyi və beynəlxalq konvensiyalar sahəsində hüquqi biliklərinin və hüquqi mədəniyyətin səviyyəsinin yüksəldilməsindən ibarətdir.
- 14/11/2013 Ümumdünya Diabet Günü Azərbaycanda
Hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi (2000-ci ildən) Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini -ÜDG-nü kimi xüsusi qeyd edir. Artıq son illərdi ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi ÜDG-nün təşəbbüskarı kimi çıxış edir. İctimaiyyət, dövlət və ictimai qurumlar, Azərbaycan Diabet Liqası bu tədbiri dəstəkləyir.
- 13/11/2013 Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların məsələsini qaldırıb
Qənirə Paşayeva Parlamentin 2014-cü ilin büdcə müzakirələrinə həsr olunmuş növbəti iclasında 1-ci qrup əlilliyi olan insanların və tələbələrin yataqxana məsələsini qaldırıb.
Gün.Az-ın verdiyi məlumata görə, millət vəkili çıxışında qeyd edib ki, 1-ci qrup əlilliyi olan şəxslərin sayı Azərbaycanda bir o qədər də çox deyil və bu baxımdan, 1-ci qrup əlil olan tələbələrin ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla qəbulunda güzəştlər tətbiq edilməlidir:
- 13/11/2013 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (GƏC) Beynəlxalq Korlar Günü ilə bağlı dəyirmi masa keçirib

- 26/10/2013 “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili”
Məlumat verdiyimiz kimi, “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlillərin hüquqlarının müdafiəsinə dair qanunvericiliklə bağlı məlumatlılığının artırılmasının təşkili” adlı layihəsini həyata keçirir.