04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

7/4/2014 Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri təşkil ediləcək

 

 

"Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB)  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili”  adlı layihəni həyata keçirir. 

Daha ətraflı

4/4/2014 31 mart 11 aprel 2014-cü il tarixdə Cenevrədə (İsveçrə) BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının qərargahında BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyası keçirilmişdir.

  Sesssiyada BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikası, Şveçariya, Kosta Rika, Meksikanın ilk məruzələri təqdim olunmuşdur. Azərbaycan tərəfindən tədbirdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş başda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümov olmaqla aidiyyatı dövlət orqanlarının vəzifəli şəxslərindən, QHT təmsilçilərindən  ibarət olan nümayəndə heyəti  və vətəndaş cə miyyətinin nümayəndələri iştirak etmişlər. 

Daha ətraflı

2/4/2014 2 aprel Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.

  qhtxeber.az//  BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) Autizm-U şaq İnkişaf Mərkəzi (PRİM) ilə birlikdə 2 aprel  Dünya Autizmlə bağlı Məlumatlandırma Gününü qeyd edib.

 
Autizmli uşaqların sosiallaşması və cəmiyyətdə onlara münasibətin dəyişilməsi məqsədi ilə maraqlı proqram təşkil olunub. 

 

Daha ətraflı

14/3/2014 Əlilliyin müəyyən olunması sahəsində Fransa və Litva təcrübəsi öyrənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlarda Aİ-nin TAİEX proqramı çərçivəsində Avropanın qabaqcıl dövlətləri ilə məqsədyönlü təcrübə mübadiləsi həyata keçirir. 

Daha ətraflı

12/3/2014 Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.

Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə Bakıda “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi təqdim edilib.

Tədbirdə çıxış edən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov fəal gənc Sevda Cəfərovanın bu fərdi layihəsinin Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən IV qrant müsabiqəsində qalib gəldiyini deyib. Qeyd edilib ki, diabetli gənclərin cəmiyyətə adaptasiyasında və onların düzgün maarifləndirilməsində bu tip layihələrə böyük ehtiyac var. “Göy dairə” diabetli yeniyetmə və gənclərə dəstək layihəsi də eyni qəbildəndir.  

 

Daha ətraflı

3/3/2014 Azərbaycan və İsrail arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpaz arasında tanışlıq görüşü olub. Görüşdə S.Müslümov iki ölkənin müxtəlif sahələrdə daim genişlənən  əməkdaşlığının əmək və sosial müdafiə sahəsini də əhatə etməsinin önəmli ola biləcəyini vurğulayıb. 

Daha ətraflı

3/3/2014 “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihəsi

    

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı”  adlı layihəsini həyata keçirməyə başlamışdır. 

Daha ətraflı

26/2/2014 XOCALI SOYQIRIMI - 26 Fevral 1992

 Hər bir Azərbaycanlı bilməlidirki, Azərbaycan xaqlının yaşlı, qoca, uşaq, qadın və cavanlarının başlarına bu günə qədər dünya tarixində heç bir insana və millətə qarşı edilməyən işgəncələr ermənilər tərəfindən gətirilib, dinc Azərbaycanlılar misli görünməmiş qəddarlıqla qətlə yetirilmişdir.
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 

Daha ətraflı

21/2/2014 Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa

21 Fevral tarixində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Əlilliyi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə  dəyirmi masa təşkil etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd bu sahədə nəzərə çarpan çatışmazlıqları müzakirə etmək, onların həlli istiqamətində atıla biləcək addımları nəzərdən keçirməkdır. 

Daha ətraflı

14/2/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur. İclasda ƏTİ-nin prezidenti Davud Rəhimli 2013-cü ildə görülən işlər barədə məlumat verilmişdir. Fəaliyyət dairəsinin genişləndirilməsi məqsədi ilə ƏTİ üzvlərinin Sumqayıtda fəaliyyət göstərən üzvlərinin bazasında Sumqayıt regional şöbəsi yaradılmışdır. Şöbənin sədri I qrup əlil Samir İmanov təyin olunmuşdur.

       İdarə heyəti BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında”  Konvesiya üzrə paralel hesabat və ondan irəli gələn məsələlər, milli qanunların sözügedən Konvensiyaya uyğunlaşdırılması sahısində görülən işlər barədə məlumatlar dinlənilmişdir. 

Daha ətraflı

7/2/2014 Bakıda “Azərbaycan əlilliyi olan insanların təşkilatları və BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiya (ƏOŞHK) üzrə paralel hesabat” mövzusunda seminar keçirilmişdir.

 

Tədbirdə BMT-nin sözügedən Konvensiyası üzrə Əlil Təşkilatları İttifaqı tərəfindən paralel hesabatın hazırlanması və təşkilat nümayəndələri tərəfindən 2-13 sentyabr 2013-cü ildə Genevrədə Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 10-ci sessiyasında təqdimatı olduğu nəzərə çatdırılmışdır.  Əlil Təşkilatları İttifaqının 31 mart-11 aprel 2014-cü il tarixdə Genevrədə BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitəsinin 11-ci sessiyasında iştirak edəcəyi bildirilmişdir. 

Daha ətraflı

24/1/2014 Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli və beynəlxalq partnyorların iştirakı ilə iki günlük seminar keçirilmişdir.

Xəzər Universitəsində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi çərçivəsində yerli və beynəlxalq partnyorların iştirakı ilə iki günlük seminar keçirilmişdir. Seminarda partnyor təşkilatların təqdimatları olunmuşdur. Layihənin fəaliyyət planında nəzərdə tutulmuş işlərin həyata keçirilmə yolları müzakirə olunmuşdur. 

Daha ətraflı

17/1/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsi

Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. Fəaliyyətlərin dəstəklənməsi üçün əlilliyi olan şəxslərin birləşdikləri təşkilatlar və fəaliyyətində əlillik məsələlərinə diqqət verən gənclər təşkilatları tərəfindən “Hamı üçün bərabər imkanlar” koalisiyası yaradılmışdır.

Daha ətraflı

27/12/2013 Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi

“Əlil Qadınlar” Cəmiyyəti (ƏQC) "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013-cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsini həyata keçirir.

Daha ətraflı

24/12/2013 Prezident İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Dekabrın 24-də Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. 

Daha ətraflı




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü