08 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

1/12/2014 Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü

Azərbaycanda  “Türkiyə-Azərbaycan Əlillərinin Dostluq günü” simpoziumu keçirilmişdir. Bu məqsədlə Türkiyədən olan millət vəkilləri Nimet Baş, Tulay Kaynarca, Gülay Dalya, Nurdan Şanlı, “Beyazay” Dərnəyinin sədri Lokman Ayva və Dərnəyin digər əməkdaşları ölkəmizdə səfərdə olmuşlar.   Qonaqlar Milli Məclisin Sosial Siyasət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüçlər keçirtmişlər. 

Daha ətraflı

21/11/2014 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi

Cəlilabad rayonunda Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi üzrə  ictimai müzakirə keçirilmişdir.

Daha ətraflı

20/11/2014 20 noyabr Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür.

 

Autizm  Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən  “Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini icra edir.  

   20 noyabr  Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən , hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir.                  

Daha ətraflı

14/11/2014 "Sağlam qida səhər yeməyindən başlayır"

Bu gün BDF-nın tövsiyyələrinə əsasən 14 noyabr-Ümumdünya diabet günü "Sağlam Qidalanma səhər yeməyindən başlayır!" şüarı altında Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin ADL tərəfindən həyata keçirildi! Bu tədbirdə səhər yeməyinə dəvət edilən qonaqlar qidanın qlikemiyaya təsirini öz üzərilərində tətbiq etdilər.

Daha ətraflı

14/11/2014 “Bir cəbhədə mübarizə aparacağıq”

Elnarə Məmmədova: “Bir cəbhədə mübarizə aparacağıq”

 


Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu-2014” keçirildi. “Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu-2014”ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir-araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir. Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbiri çıxış sözü ilə açan Suraxanı Rayon İcra başçısının müavini Sevinc Hüseynova forumun ölkəmiz və bu sahənin mütəxəsissləri üçün əhəmiyyətindən danışıb. Deyib ki, ölkəmizdə Autizmli uşaqların reabilitasiyası ilə məşğul olan ilk birlik də məhz Suraxanı rayonunda yaranıb. 

 

Eşitmə və nitq məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasında mövcud vəziyyət və onun inkişaf perspektivləri müvəkkil Elmira Süleymanovanın müşaviri Müqalib Mahmudovun çıxışının əsasını təşkil etdi. İnkluziv təhsil sisteminə keçidin bu uşaqlar üçün yaratdığı çətinliklər, kadrların hazırlanmasında diqqət yetirilməli məqamlar ətrafında müzakirə aparıldı. Bu sahə üzrə yaşanan əsas çətinlik, Loqopediya elminin təkmilləşməsi və inkişafı üçün tədrisin təşkili forması da ALF 2014-ün əsas müzakirə mövzusu oldu.

 

Forumun təşkilatçısı, "Elnaramedia"nın rəhbəri Elnarə Məmmədova hesab edir ki, bu sahədə ciddi və peşəkar addımların atılması üçün birləşmək zamanı gəlib çatıb. “Bu sahədə yaşanan çətinliklərlə əvvəllər hər kəs özü üçün və pərakəndə çalışırdısa, indi bir cəbhədən mübarizə aparacaq. Məhz bu birliyi təmin etmək üçün “Azərbaycan Loqopedlər Forumu-2014”ü təsis etdik. Inkluziv cəmiyyətin təşkili üçün hamımız birləşməliyik. Əlilliyi olan insanlarla cəmiyyətin bu sahədəki aktivliyi bərabərləşdirilməlidir”.


Online video konfrans ilə qatılan (İngiltərə, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna) mütəxəssislərin beynəlxalq təcrübəni bölüşməsi tədbirə xüsusi maraq qatdı. 

- See more at: http://teleqraf.com/news/30597#sthash.vATDnBxb.dpuf

Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu-2014” keçirildi. “Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu-2014”ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir-araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir.

Daha ətraflı

13/11/2014 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür.

  

Belə işlərdən biri və ölkəmizdə yeni bir addım kimi 13 noyabr 2014-cü il tarixdə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Qaraca qız” filmi və “Tıq-tıq xanım” cizgi filmi sağlamlıq imkanları məhdud uşaqlar üçün tifloşərhlə (səssiz, yaxud mimika ilə ifadə edilmiş hərəkətləri, kadr dəyişikliyini və s. tamaşaçıya sözlər vasitəsi ilə çatdırma) təqdim olunacaq.  

Daha ətraflı

13/11/2014 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi davam edir.

 

Növbəti monitorinq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı müsabiqənin qaliblərindən biri,   “Müşviq” adına Qaradağın Əlil Uşaqlarına Yardım ictimai birliyində olmuşdur. 

Daha ətraflı

28/10/2014 “Sən tək deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyi “Ailə ocağının istisi” adlı layihə həyata keçirib.

qhtxeber.az//  “Sən tək deyilsən” Gənc Əlil Qızlara Yardım İctimai Birliyi əlilliyi olan qızları cəmiyyətə adaptasiya etmək, onları həyata daha da yaxınlaşdırmaqdan ötrü “Ailə ocağının istisi” adlı layihə həyata keçirib.
qhtxeber.az-ın məlumatına görə, layihə çərçivəsində keçirilən tədbirlərdə peşəkar mütəxəssislər tərəfindən təlimlər keçirilib və əlilliyi olan qızlara müxtəlif istiqamətlərdə təlimlər keçirilib.
 

 

Daha ətraflı

22/10/2014 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Milli QHT Forumunun təşkilatşılığı ilə ictimai müzakirə təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan “Azərbacan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin budəfəki mövzusu hər bir insanın gündəlik həyatda qarşılaşdığı problemlərə həsr olunub. 

Daha ətraflı

20/10/2014 “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans

 15-19 oktyabr 2014-cü il tarixdə Qazaxstanın Almata şəhərində şərqi Avropa və Avropa İttifaqı ölkələrində “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının təşviqi, monitorinqi və tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasını Əlil Təşkilatları İttifaqının (ƏTİ) perzidenti Davud Rəhimli təmsil etmişdir. O, “BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası istiqamətində Azərbaycan təcrübəsi” müvzusunda çıxış etmişdir. 

Daha ətraflı

10/10/2014 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası olmuşdur.

  Gündəlik: 

1. 2014-cü ilin 9 ayı üzrə hesabat.

2. Üzvlüyə qəbul

3. 3 dekabr və ƏTİ-nin 10 illik yubileyli.
4. Cari məsələlər  

Daha ətraflı

29/9/2014 Qazax rayonunda Azərbaycan Respublikası “Əlil “Qadınlar”cəmiyyətinin dəstəyi ilə Günərzi Qayğı Mərkəzi fəaliyyətini davam etdirir.

Qazax rayonunda  Azərbaycan Respublikası “Əlil “Qadınlar”cəmiyyətinin dəstəyi ilə Günərzi Qayğı Mərkəzi fəaliyyətini davam etdirir.

GÜNƏRZİ QAYĞI XİDMƏT NÖVLƏRİ BEYNƏLXALQ SƏVİYYƏLİ BÜTÜN NORMA VƏ TƏLƏBLƏRƏ CAVAB VERƏN MİNİMUM QAYĞI STANDARTLARINA UYĞUN OLMALIDIR.

Daha ətraflı

29/9/2014 İnkluziv təhsil sahəsində Avropa təcrübəsi

Avropa İttifaqının “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” Tempus layihəsi

    

Daha ətraflı

26/9/2014 "Hamı üçün bərabər imkanlar - Müyəssərlik"

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirir. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur. 

Daha ətraflı

17/9/2014 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqə

       Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ)  "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013- cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibli olmuşdur. 

Daha ətraflı




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü