28 Noyabr 2023-ci il

Əsas Səhifə Webmail

ƏSAS XƏBƏRLƏR

XƏBƏRLƏR

27/12/2014 Layihə iki ildir davam edir.

Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  maliyyə dəstəyi  ilə həyata keçirdiyi “Qazax  rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin q arşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi  2- ildir fəaliyyət göstərir. 

Daha ətraflı

26/12/2014 Sosial xidmətlərin coğrafiyası və keyfiyyəti genişlənir.

Azərbaycan Respublikası Prezidentinin 09 yanvar 2013- cü il tarixli 2653 nömrəli Sərəncamına əsasən "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində Nazirlik  2014-cü ildə Bakı şəhərində və Respublikanın müxtəlif bölğələrində sosial xidmətlər, reabilitasiya, maarifləndirmə istiqamətlərində ixtisaslaşmış QHT-lərin layihələrinə dəstək vermişdir. 

Daha ətraflı

25/12/2014 Hemofiliya üzrə Dövlət Tədbirlər Planı çərçivəsində əlilliyin profilaktikasının aparılması

Azərbaycan Respublikasının Prezidentinin 2012 il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan 2020 : gələcəyə baxış” İnkişaf  Konsepsiyasına   “7.1. Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr”  bəndinə  əsaslanaraq hemofiliya sahəsində bir neçə islahatlar həyata keçirilmişdir.  

Daha ətraflı

22/12/2014 Nazirlik və Şura Dövlət Proqramının layihəsini müzakirə ediblər

Dekabrın 22-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı»nın (2014-2025-ci illər) layihəsi müzakirə olunub. 

Daha ətraflı

18/12/2014 Azərbaycan Respublikasının “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda “ cəmiyyəti

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Cəlilabad rayonunda Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi üzrə ictimai müzakirə keçirilmişdir.  

Daha ətraflı

18/12/2014 “Eşitmə və nitq qabiliyyəti zəif olan və ya olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün surdaloji xidmət mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihəsinin yekun hesabatı

 Layihənin əsas məqsədi kimi eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlara surdaloji xidmət mərkəzi yaradılmaqla həmin uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi və surda-tərcüməçi ixtisasının inkişaf etdirilməsi üçün təlimlərin təşkilindən, 

Daha ətraflı

16/12/2014 "Əlil Sahibkarlar Təşkilatı" ictimai birliyinin təşkilatçılığı ilə tədbir

     

Dekabr ayının 13-də "Əlil Sahibkarlar Təşkilatı" ictimai birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Musiqili Dram Teatırında Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə əlilliyi olan şəxslər üçün "Muğam Gecəsi" adlı xeyriyyə konsert proqramı təşkil olunmuşdur.
  

Daha ətraflı

15/12/2014 Azərbaycan əlilliyin qiymətləndirilməsi meyarlarını beynəlxalq standartlar əsasında təkmilləşdirir

 

Dekabrın 15-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı  ilə Bakı şəhərində  “Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş  ekspertlər iştirak edir. 

Daha ətraflı

5/12/2014 Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Əlil Təşkilatları İttifaqının BƏYANATI

Avropa Parlamentinin 26 noyabr 2014-cü il tarixli plenar iclasında Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı növbəti qərəzli çıxışını ölkəmizin daxili işlərinə qarışmaq cəhdi  kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk.

Daha ətraflı

5/12/2014 Təlim-seminarı uğurla başa vuran QHT sədrinə sertifakt təqdim olunmuşdur

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri Ramilə Mahmudova British Council tərəfindən həyata keçirilən “Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar” adlı layihə (IDEAS) çərçivəsində keçirilmiş “Bizim üçün bizsiz heç nə” adlı beş günlük təlim-seminarda iştirak etmişdir. 

Daha ətraflı

1/12/2014 Türkiyə-Azərbaycan əlilliyi olan insanların dostluq günü

Azərbaycanda  “Türkiyə-Azərbaycan Əlillərinin Dostluq günü” simpoziumu keçirilmişdir. Bu məqsədlə Türkiyədən olan millət vəkilləri Nimet Baş, Tulay Kaynarca, Gülay Dalya, Nurdan Şanlı, “Beyazay” Dərnəyinin sədri Lokman Ayva və Dərnəyin digər əməkdaşları ölkəmizdə səfərdə olmuşlar.   Qonaqlar Milli Məclisin Sosial Siyasət Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüçlər keçirtmişlər. 

Daha ətraflı

21/11/2014 Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi

Cəlilabad rayonunda Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda (ƏBƏU) cəmiyyəti tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayonlarda/şəhərlərdə (CƏLİLABAD ) icma  əsaslı sosial reabilitasiya mərkəzlərinin yaradılması” layihəsi üzrə  ictimai müzakirə keçirilmişdir.

Daha ətraflı

20/11/2014 20 noyabr Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür.

 

Autizm  Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən  “Sağlamlıq imkanları məhdud (autizm ) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsini icra edir.  

   20 noyabr  Ümumdünya Uşaq Hüqüqları Konvensiyası günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən , hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir.                  

Daha ətraflı

14/11/2014 "Sağlam qida səhər yeməyindən başlayır"

Bu gün BDF-nın tövsiyyələrinə əsasən 14 noyabr-Ümumdünya diabet günü "Sağlam Qidalanma səhər yeməyindən başlayır!" şüarı altında Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, həmçinin ADL tərəfindən həyata keçirildi! Bu tədbirdə səhər yeməyinə dəvət edilən qonaqlar qidanın qlikemiyaya təsirini öz üzərilərində tətbiq etdilər.

Daha ətraflı

14/11/2014 “Bir cəbhədə mübarizə aparacağıq”

Elnarə Məmmədova: “Bir cəbhədə mübarizə aparacağıq”

 


Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu-2014” keçirildi. “Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu-2014”ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir-araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir. Suraxanı RİH, Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən tədbiri çıxış sözü ilə açan Suraxanı Rayon İcra başçısının müavini Sevinc Hüseynova forumun ölkəmiz və bu sahənin mütəxəsissləri üçün əhəmiyyətindən danışıb. Deyib ki, ölkəmizdə Autizmli uşaqların reabilitasiyası ilə məşğul olan ilk birlik də məhz Suraxanı rayonunda yaranıb. 

 

Eşitmə və nitq məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyasında mövcud vəziyyət və onun inkişaf perspektivləri müvəkkil Elmira Süleymanovanın müşaviri Müqalib Mahmudovun çıxışının əsasını təşkil etdi. İnkluziv təhsil sisteminə keçidin bu uşaqlar üçün yaratdığı çətinliklər, kadrların hazırlanmasında diqqət yetirilməli məqamlar ətrafında müzakirə aparıldı. Bu sahə üzrə yaşanan əsas çətinlik, Loqopediya elminin təkmilləşməsi və inkişafı üçün tədrisin təşkili forması da ALF 2014-ün əsas müzakirə mövzusu oldu.

 

Forumun təşkilatçısı, "Elnaramedia"nın rəhbəri Elnarə Məmmədova hesab edir ki, bu sahədə ciddi və peşəkar addımların atılması üçün birləşmək zamanı gəlib çatıb. “Bu sahədə yaşanan çətinliklərlə əvvəllər hər kəs özü üçün və pərakəndə çalışırdısa, indi bir cəbhədən mübarizə aparacaq. Məhz bu birliyi təmin etmək üçün “Azərbaycan Loqopedlər Forumu-2014”ü təsis etdik. Inkluziv cəmiyyətin təşkili üçün hamımız birləşməliyik. Əlilliyi olan insanlarla cəmiyyətin bu sahədəki aktivliyi bərabərləşdirilməlidir”.


Online video konfrans ilə qatılan (İngiltərə, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna) mütəxəssislərin beynəlxalq təcrübəni bölüşməsi tədbirə xüsusi maraq qatdı. 

- See more at: http://teleqraf.com/news/30597#sthash.vATDnBxb.dpuf

Dünyanın bir sıra ölkələrində 14 noyabr tarixi “Loqopedlər Günü” kimi qeyd olunur. Azərbaycanda isə ilk dəfə “Azərbaycan Loqopedlər Forumu-2014” keçirildi. “Elnaramedianın” müəllifi olduğu “Azərbaycan Loqopedlər Forumu-2014”ün məqsədi Azərbaycanın bölgələri də daxil olmaqla çox sayda defektoloq-loqoped ixtisası üzrə çalışan mütəxəssis və tələbələri bir-araya gətirərək, onlara bilik və bacarıqlarını bölüşməsi üçün imkan qazandırmaq, ən əsası da, bu sahənin gələcək inkişaf perspektivlərini müzakirə etməkdir.

Daha ətraflı




Flag Counter






» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü

» 30/9/2023- “Maddi-mədəni irsimizin qorunması” qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

» 29/9/2023- “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi liə bağlı tədbirlərin təşkili ” layihəsi bitirmişdir.

» 30/9/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 29/9/2023- Milli Şəhərsalma forumları - Azərbaycanın şəhərsalma təcrübəsini bölüşdüyü beynəlxalq platforma

» 29/9/2023- Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib