ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 13/6/2012 Hemofiliyalı xəstələr üçün pilot layihə
- 6/6/2012 Layihənin təqdimatı. “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”
Nəzərinizə çatdırmaq istərdik ki, "World Vision International" humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əlil Təşkilatları İttifaqı, İrəli İctimai Birliyi və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi ilə birgə 06 İyun, 2012-ci il tarixində “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər”adlı layihənin təqdimat mərasimini keçirmişdir.
- 31/5/2012 “Əlilliyi olan insanların sosial hüquqları”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatının dəstəyi ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.
- 11/5/2012 "ƏLİLLİYİ OLAN İNSANLARIN HƏYATINDA MÜSBƏT DƏYİŞİKLİK"
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.
- 5/5/2012 ƏLİL TƏŞKİLATLARI İTTİFAQININ VII ÜMUMİ YIĞINCAĞI. 05 MAY 2012-Cİ İL. AGSU RAYONU
Press Reliz 05 may 2012 Ağsu rayonu 05 may 2012 –ci il tarixdə Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi Günü Əlil Təşkilatları İttifaqının növbəti Vİİ Ümumi Yığıncağnı keçirilmişdir. Tədbir Ağsu rayonunda “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyində baş tutmuşdur. Yığıncaqda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bir illik fəaliyyət barədə hesabat vermişdir.
- 2/5/2012 "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans
02 may 2012-ci il tarixdə Avropa otelində Amerika Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İnsan Hüquqları İnstitutu, Əlil Təşkilatları İttifaqının təşkilatçilığı ilə "5 may - Avropa Əlilliyi olan insanların hüquqlarının müdafiəsi gününə həsr olunmuş "Əlilliyi olan şəxslərin hüquqi statusu - mövcud problemlər və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir.
- 21/4/2012 17 Aprel Dünya Hemofiliya Günüdür
17 Aprel Dünya Hemofiliya Günüdür
17 Aprel Dünya Hemofiliya Günü ərəfəsində Türkiyə Hemofiliya Dərnəyi 14-17 Aprel 2012 il İX- cu Türkiyə Hemofiliya Kongresi keçirdi.
- 21/4/2012 “Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi
Siz tək deyilsiniz!” Tənha insanlara sosial və psixoloji dəstək layihəsinə start verildi.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc bildirib ki, aztəminatlı ailələrin, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərinə məskunlaşmış insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb.
- 09/4/2012 "İnkluziv ədalət” regionlarda
Amerika Hüquqşunaslar Assosiasiyası və Respublika Əlil Qadınlar Cəmiyyətinin "İnkluziv ədalət” adlı layihəsi çərçivəsində əlil vətəndaşların hüquqlarının öyrənilməsinə həsr olunan seminar keçirilib.
- 05/04/2012 GÜLƏN ÇOCUQ FESTİVALI
İstanbulda “VI Gülən uşaqlar şənliyi” start götürüb. Türkiyə onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda (ƏBƏU) cəmiyyəti qatılıb. (apa)
- 31/3/2012 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
- 12/03/2012 Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı keçirilmişdir.
Gənclər və İdman Nazirliyi Əlil Təşkilatları İttifaqı (ƏTİ) ilə birlikdə sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə olan dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi məqsədilə 12 mart 2012-ci il tarixdə Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin yaradıcılığın aşağıdakı istiqamətləri üzrə II Respublika Yaradıcılıq Festivalı keçirmişdir.
- 02/03/2012 Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə paytaxtda və ətraf yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli mərkəzlər inşa edilməkdə, habelə sosial xidmət müəssisələrinin əsaslı təmiri və yenidənqurulması işləri aparılmaqdadır.
- 26/2/2012 Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir
Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir.
- 23/2/2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib
23 fevral 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə birgə «Avropa Qonşuluq Siyasəti və Azərbaycanda sosial müdafiə sisteminin islahatı: həyata keçirilən siyasətlər və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, beynəlxalq təşkilatların, müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri, beynəlxalq dərəcəli ekspertlər və nazirliyin mütəxəssisləri iştirak ediblər.