ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 25/12/2012 Müxtəlif bölgələrdə yeni çoxmənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binasının ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi mərasimi olub.
Eyni zamanda, həmin gün Gəncə şəhərində, Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib, ümumilikdə, 224 minik avtomobili müharibə əlillərinə təqdim edilib.
- 21/12/2012 (15-11) İctimai Şura növbəti iclasını keçirib
Dekabrın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
İclası giriş sözü ilə açan nazir müavini İlqar Rəhimov «Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı» və «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı»nda müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlandığını deyib. Qeyd olunub ki, İctim ai Şuranın bu dəfəki iclası həmin Tədbirlər Planının ictimai dinləməsinə həsr olunub.
Həmçinin Nazirliyin İnformasiya texnologiyaları qrupunun rəhbəri Məmməd Aslanovun Nazirlik tərəfindən göstərilən təkmilləşdirilmiş elektron xidmətlər, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimlinin «Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair Standart Qaydaların hazırlanması» layihəsi barədə təqdimatlarla çıxış ediblər. İclasda qeyd olunan məsələlərlə bağlı geniş müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
- 19/12/2012 Milli nternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimat mərasimi keçirilib. Əlil Təşkilatları İttifaqının saytı (www.udpo.az) 3-cü yerə layiq görülüb və Diplomla təltif iounub.
9 dekabr tarixdə Hilton otelində Milli İnternet Mükafatı - Milli Net 2012 qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli Net çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, 4 ay müddətində davam edən yarışmadan danışıb, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin uğurla başa çatdığını bildirib. O, Müsabiqənin getdikcə təkmilləşdiyini və nüfuzunun genişləndiyini vurğulayıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell, Delta Telekom , SAZZ və İnfiPro şirkətlərinə minnətdarlığını bildirib.
- 14/12/2012 ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin GÜLSAM ƏRİB-ə (Ağsu) dəstəyi
ABŞ Sülh Korpusu Təşkilatı Amerikadan gəlmiş Könüllülərin Azərbaycan Respublikasında İngilis dilinin Tədrisi Proqramı üzrə 06 Dekabr 2012-ci ildə Avropa Otelinin Bal Zalında könüllülər arasında möhtəşəm and içmə mərasimi keçirilmişdir və həmən tədbirdə Ağsu rayonunda fəaliyyət göstərən “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova iştirak etdi. Eyni zamanda qeyd etmək istəyirik ki, Amerika könüllülərini Azərbaycan mədəniyyət və dəyərləri haqqında məlumatlandırmaq da təlimçinin üzərinə düşür. 07 Dekabır tarixində “GÜLSAM” ƏRİB-in könüllüsü xanım Sarah Wittmann Bakıdan Ağsu rayonuna könüllü dəvət aldığı təşkilat “GÜLSAM” ƏRİB ilə birlikdə müqavilələri əsasında əməkdaşlıqa davam etdirəcəklər. Xanım Sarah Wittmann “GÜLSAM” ƏRİB ilə əməkdaşlıqının səbəbi və məqsədinin açıqlanması, təlim keçəcəyi gənclər ilə tanışlıq məqsədi ilə 15 Dekabr “GÜLSAM” ƏRİB-in hüquqi ünvanında tədbir keçiriləcək və İngilis Dili Kursun açlışını elan edəçək.
- 10/12/2012 Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü
Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) fəaliyyətə başlanmasının 10 illiyi və 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ombudsman Aparatında "Azərbaycan Respublikasında insan hüquqlarının inkişafı: nailiyyətlər və perspektivlər" mözusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Xanım Elmira Süleymanova açmışdır. Ombudsmanın 10 ildə gördüyü işlər, insan hüquqları sahəsində vəziyyət, tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Konfransda hökumət, QHT, Beynəlxalq təşkilatlar, səfirliklər, KİV nümayəndələri iştirak etmiş və onların çıxışları dinlənilmişdir. Yekunda Müvəkkilin ənənəvi olaraq keçirtdiyi "Hüquqlar hamı üçün" jurnalist yazıları, "Mən və hüquqlarım " mövzusunda uşaq rəsm müsabiqəsi qalibləri mükafatlandırılmışdır.
- 7/12/2012 “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və
BMT-nin Uşaq Fondunun (UNİSEF) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə
7 dekabr 2012-ci il tarixdə, saat 15.00-da “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər” mövzusunda Konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ombudsman Elmira Süleymanova və UNİCEFin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard açmışlar. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri Vüqar Həsənov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini Elman Mehdiyev, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev, UNDPİnin Azərbaycan ofisinin rəhbəri Envera Selimoviç müxtəlif mövzularda çıxış etmişlər. Hökumət, QHT və əlilliyi olan insanlar müzakirələrə qoşulmuşlar. Yekunda bütün təkliflərin ümumiləşdirilərək müvafiq orqanlara göndərilməsi qərara alımışdır.
- 6/12/2012 “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirildi
Bu gün “Beynəlxalq Əlillər Günü” münasibətilə Gəncliyə Yardım Fondunda “Sən tək deyilsən” adlı xeyriyyə tədbiri keçirilib.
Bir insanı sevindirməyin nə qədər dəyərli bir əməl olduğunu hər birimiz çox yaxşı bilirik. Hələ sevindirdiyimiz insanın fiziki qüsurlu olması, özünü kifayət qədər istədiyi kimi idarə edə bilməməsi və onun digər insanlardan daha çox qayğıya ehtiyacı olması işin əhəmiyyətinin daha da böyüklüyündən xəbər verir. Davud RƏHİMLİ
- 3/12/2012 BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI BAŞ KATİB 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə MÜRACİƏT 3 dekabr 2012
B u il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir.”
Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq verdikləri töhfələr daha böyük olar. Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır.
- 30/11/2012 “3 dekabr-beynəlxalq əlillər günü” ilə əlaqədar “Hamı üçün bərabər imkanlar - Müyəssər mühit” mövzusunda konfrans
BMT-nin “Əlilliyi olan şəxslər haqqında” Konvensiyasının qəbul etməsindən və Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsindən sonra, xüsusilə milli qanunvericiliyin təkminləşdirilməsi, əlillik sahəsində proqram və layihələrin hazırlanması, yerinə yetirilməsi, əlilliyi olan şəxslərin təşkilatlarının təmsilçiliyinin genişləndirilməsi sahəsində irəliləyişlər vardır. Lakin təəssüflə qeyd etməliyik ki, hazırda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdən biri olan infrastrukturun uyğunlaşdırılması sahəsində vəziyyət ürəkaçan deyildir.
- 30/11/2012 Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsi məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2012-ci il.
- 29/11/2012 Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir
Əlilliyi olan şəxsərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması, yaradıcılıq nümunələrinin təbliği və dəstəklənməsi, beləliklə, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə tədbirlərin davamı kimi, «2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq, noyabrın 29-da Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb.
- 27/11/2012 Azərbaycan Milli QHT Forumu “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi
qhtxeber.az//
27 noyabr tarixində Azərbaycan Milli QHT Forumu “Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində növbəti seminarını həyata keçirib.
- 19/11/2012 Yaxın vaxtlarda parlamentə əlillərlə bağlı yeni layihə sənədi təqdim olunacaq
«Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa yeni redaktədə baxılaraq müvafiq layihə sənədi hazırlanıb. Noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaş cəmiyyətləri ilə birlikdə həmin qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
- 14/11/2012 14 noyabr Ümumdünya Diabet Günüdür.
PRESS-RELIZ
Əlaqələndirici şəxs : Gülşən Hüseynova Əlaqə telefonları : 498-00-71 iş, (050) 337 55 28 14 noyabr Ümumdünya Diabet Günü
World Diabetes Day 14 november
Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü(ÜDG) kimi qeyd edilir. 14 noyabr diabet xəstələrinin köməyinə çatan insulini kəşf edən həkim Frederik Bantinqin ad günüdür. Dünyada 350 milyon, Azərbaycanda 163 minə yaxın bu qeyri-yolxucu xəsətlikdən əziyyət çəkən insan var. 2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan Mavi dairə şəkərli diabet(ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Diabetə qarşı mübarizədə birləşin!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”-dır.