ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 5/9/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğu sahəsində işə qəbul edilənlərin sayına görə ölkə üzrə birinci yeri tutur
Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı məlumatlara əsasən, sertifikat əldə edərək və ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə birinci yeri tutur.
Dövlət qulluğu sahəsində işə qəbul olunan kadrların sayı üzrə rekord nəticə göstərən Nazirlik tərəfindən 2018 – 2022-ci illərdə 38 müsahibə elanı verilərək, ümumilikdə 1500 vakant vəzifə elan edilib.
- 3/9/2022 “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə layihənin icrasına başlamışdır.
layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin formalaşmasında və inkişafında incəsənətin müxtəlif növünü özündə birləşdirən müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin yaradılmasıdır.
- 1/9/2022 Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 6 ayında daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib.
Həmin standartlar işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
- 1/9/2022 Nazir Sahil Babayev Qobustan rayonunda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli liderimiz Heydər Əliyevin Qobustan şəhərindəki abidəsini ziyarət ediblər.
- 31/8/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 28/8/2022 Yeni kənd qonaq evlərinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməsinə başlandı
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi çərçivəsində
turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd qonaq evləri kimi fəaliyyət göstərəcək yeni sahibkarlıq subyektləri yaradılır.
- 27//2022 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Çexovun “Təklif” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanmış “Təklif” tamaşasının premyerası olub.
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
- 26/8/2022 Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq
AZƏRTAC paylaşımı təqdim edir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
- 26/8/2022 Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı arzulayır, Azərbaycanın inkişafı, sosial təminat sahəsinin inkişafı, əlilliyi olan şəxslərin həyat səviyyəsinin daim yüksəldilməsini nəzarətdə saxlaması, geniş əhatəli fəaliyyətində yeni uğurlar arzulayırıq!
- 25/8/2022 Əlilliyi olan şəxslərə münasibətdə bir sıra vulqar, qaba ifadələr etik və müasir yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib
Son illər ölkəmizdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına uyğun şəkildə aparılan islahatlarla əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə mühüm təkmilləşdirmələr aparılıb.
Təkmilləşdirmələrin bir istiqaməti kimi, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə onlarda neqativ hisslər, özünə inamsızlıq yaradan bir sıra vulqar, bayağı, kobud ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə əvəzlənib.
- 24/8/2022 Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb. Həmin şəxslərə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib.
- 23/8/2022 Son bir həftədə 571 şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər verilib
Özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.
Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 571 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.
- 20/8/2022 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 19/8/2022 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın e-arayış verilib
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.
Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib.
- 18/8/2022 7 ayda pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 3 mlrd. 823 mln. manat ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.
Bu a ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur.