ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 13/10/2015 “Əlilliyi olan şəxslərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi”
Azərbayca Respublikası “Ülfət” əlillərin sosial problemlərinə yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Əlillərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi ilə bağlı Ictimai Müzakirələrin” təşkili adlı layihəsinin icrasınına başlamışdır.
- 12/10/2015 “MƏNIM DÜNYAM” adlı satış-sərgisi və konsert
9 oktyabr 2015 ci il, saat 17:00-da Mədəniyyət və Turizm nazirliyinin Azərbaycan Xalça Muzeyin də “İstedadlı Əlillər” İctimai Birliyinin “Mənim dünyam” adlı sərgi-yarmarkasının açılış mərasimi keçirildi.
- 5/10/2015 “Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri”
1-5 oktyabr 2015-ci il tarixdə Gürgüstanın paytaxtı Tiflis şəhərində Beynəlxalq Əlil Təşkilatlar Birliyinin mülli assambleyalarının rəhbərlərinin “Birlikdə həyat şəraitinin yaxşılaşmasına doğru – BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyanın qəbul olunması təcrübə və nəticələri” mövzusunda forumu keçirilmişdir. Forumun əsas məqsədi Konvensiyanın yerinə yetirilməsinə əlilliyi olan şəxslərin və müvafiq təşkilatlarının bacarıqlarının artırılmasıdır. Tədbirdə Azərbaycanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli təmsil etmişdir.
- 29/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai şura yaradılıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə Nazirlik yanında İctimai şuranın yeni tərkibi müəyyənləşib.
- 28/9/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
- 26/9/2015 Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin növbəti iclası
26.09.2015-ci il tarixdə Əlil Təşkilatları İttifaqının (ƏTİ) idarə heyətinin iclası olmuşdur. İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təşkil olunacaq “İctimai Şura” ya namizədlərin siyahısının təsdiqlənməsi məsələsinə baxılmışdır. Qeyd olundu ki, 18.09.2015-ci il tarixdə keçirilmiç iclasda ƏTİ-nin bir nümayəndəsi daxil olmaqla, lazım olan 15 nəfər üzvdən cəmi üç nəfər lazım olan səs miqdarını yığa bilmişdir. Qalan 12 yerə ƏTİ – nin namizədləri məsələsi müzkirə edərək, daxili gizli səsvermə yolu ilə “İctimai Şura” ya namizədlərin siyahısını təsdiqləmişlər.
- 26/9/2015 “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili”
“Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökü mət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial hüquqların müdafiəsi və bu sahədə məlumatlılığın artırılması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili” layihəsini həyata keçirir.
- 23/9/2015 “Leykemiya ilə mübarizə” ictimai birliyi 22 sentyabr - Ümumdünya XML günü münasibətilə tədbir keçirtdi.
22 sentyabr -
Ümumdünya XML günü 2008-ci ildə Pasiyent icması tərəfindən təyin edilmişdir. Bu günün məqsədi dünyanın hər yerindən olan geniş ictimaiyyət və siyasət xadimləri, həmçinin tibb mütəxəssislərinin dəstəyinə olan ehtiyacı hər bir kəsin diqqətinə çatdırmaqdır.- 22/9/2015 "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı, eyni zamanda, yazar Etibar Həsənzadənin “Gecikmiş Etiraf” adlı kitabının təqdimatı olub.
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, AAAF-Park Yaşayış və İstirahət Mərkəzinin təşkilatı dəstəyi ilə “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək”
- 21/9/2015 İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
- 21/9/2015 Elan
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya 18 sentyabr 2015-ci il tarixində keçirilən seçkilərdə yetərli səs toplamış namizədlər:
1. Rəhimli Davud Səid oğlu
2. Mahmudov Müqalib Bədəl oğlu
3. Quliyev Nazir Yunis oğlu
Boş qalmış yerlərə təkrar seçkilərin keçirilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq 28 sentyabr tarixdə saat 16:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcəkdir.
- 17/9/2015 Əlillərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi ilə bağlı Ictimai Müzakirələrin təşkili
16 .09.2015-ci il tarixində “Ülfət” əlillərin sosial problemlərinə yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2015-ci il parlament seçkiləri: Əlillərin seçki aktivliyinin artırılması və maarifləndirilməsi ilə bağlı ictimai müzakirələrin təşkili adlı layihəsinə bu gündən strat verdi.
- 17/9/2015 “Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği”
“Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi “Şəhər Mədəniyyətinin Sosial Çarxlar Vasitəsilə Təbliği” layihəsinin növbəti təlimini keçirib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
- 16/9/2015 Səlim Müslümov: “Cənab Prezidentin 14 sentyabr 2015-ci il tarixli Fərmanı Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə əsaslı təminat yaradır”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar gör
üləcək işlərə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) mətbuat konfransı keçirilib.- 16/9/2015 “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!”
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsini həyata keçirir.