ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 12/7/2014 Masallı şəhərində dəyirmi masa keçirilmişdir.
Tədbirdə iştirak edən əlilliyi olan şəxslər, əlilliyi olan uşaqların valideyinləri Masallı rayonunda sosial poblemlərin həlli məqsədi ilə müzakirələrə qoşularaq, birgə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində müxtəlif təkliflərlə çıxışlar etmişdirlər. Tədbir iştirakçıları əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması mövzusu ətrafında müzakirələrə qoşularaq maraqlı təkliflər irəli sürmüşlər.
- 11/7/2014 Əlil Təşkilatları İttifaqı (ƏTİ) Biləsuvar şəhərində regional konfrans keçirilmişdir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır.
- 8/7/2014 “İstedadlı Əlillər” ictimai birliyi dəyirmi masa keçirtdi.
Bu gün “İstedadlı Əlillər” ictimai birliyi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin təhsil və hüquqi problemlərinin həllinə dair dəyirmi masa keçirtdi.
- 30/6/2014 Sumqayıt şəhərində əlilliyi olan insanların əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "Dünyaya Baxış" beynəlxalq hümanitar təşkilatı ilə "Əlilliyi olan insanların həyatında müsbət dəyişiklik" layihəsini yerinə yetirməyə başlamışdır. Layihənin ümumi məramı əlilliyi olan insanlar üçün sosial və hüquqi şəraitin yaxşılaşdırılmasıdır. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında işçi qrupu ilə işin aparılması, ictimai tədbirlərin həyata keçirilməsi, BMT-nin "Əlilliyi olan insanların hüquqları haqqında" Konvensiyadan irəli gələn hüquqi islahatların həyata keçirilməsinə tövhənin verilməsi nəzərdə tutulur.
- 21/6/2014 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azə
rbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:- 16/6/2014 Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
- 16/6/2014 26 nəfər əlilliyi olan şəxs Yunanistana göndərildi.
İyunun 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki "Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzinə bərpa müalicəsinə yola salınıb.
- 11/6/2014 Azay Quliyev MQF-ni təbrik etdi
Hörmətli həmkarlar !
Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun 15 illik yubileyi münasibəti ilə qurumun rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edirəm. 11 iyun 1999-cu ildə Azərbaycan höküməti ilə BMT İnkişaf Proqramının müştərək fəaliyyəti nəticəsində təşkilatı zərurət kimi yaranmış Milli QHT Forumu (MQF) tezliklə ölkəmizdə ictimai sektorun bayraqdarına çevrilərək yüzlərlə QHT-nin fəaliyyətini əlaqələndirməyə başladı.
- 12/6/2014 Əlilliyi olan şəxslərin əlil arabaları ilə təmin edilməsinə həsr edilmiş tədbir.
Əlil Təşkilatları İttifaqının (ƏTİ) Sumqayıt şəhər regional şöbəsini sədri Samir İmanovun təşəbbüsü və Bakı Türk Ortaokulunun dəstəyi ilə 6 iyun 2014 tarixində Sumqayıtda əlilliyi olan şəxslərə əlil arabaları paylanılmışdır. Tədbiri giriş sözü ilə açan Samir İmanov, göstərilən dəstəyə görə Bakı Türk Ortaokulunun valisi Niyazi bəyə təşəkkürünü bildirmişdir.
- 26/5/2014 “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Şuranın dəstəyilə regionlarda hüquqi maarifləndirmə tədbirləri keçirilir
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regionlarda əhalinin müxtəlif sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi ilə bağlı tədbirlərin təşkili” adlı layihəni həyata keçirir.
- 22/5/2014 BMT-nin tövsiyələri müzakirə olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
- 19/5/2014 Əlil Qadınlar cəmiyyətinin Gəncə şəhərində “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsi
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublika Əlil Qadınlar cəmiyyətinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə psixoloji xidmət mərkəzlərinin təşkili, ilkin kampaniyalar” layihəsinə start verib. Layihədə əsas məqsəd məişət zorakılığının əsaslı, insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirimənin aparılmasıdır.
- 19/5/2014 Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitə Azərbaycanın ilk hesabatı üzrə yekun tövsiyələr
Komitə özünün 2014-cü il 1-2 aprel tarixlərində keçirilmiş 125-ci və 126-cı iclaslarında Azərbaycan Hökumətinin ilk hesabatını dinlədi və 2014-cü il 10 aprel tarixli 139-cu iclasında aşağıdakı yekun tövsiyələri qəbul etdi.
- 15/5/2014 ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti BAMF-da olub
ATƏT-in Parlament Asambleyasının sabiq prezidenti, ATƏT-in PA-da İtaliya nümayəndə heyətinin rəhbəri Rikardo Miglori və “Asiya və Araqlıq dənizi Ətrafı Ölkələr üzrə İtaliya İnstitutu”nun (İSİAMED) Baş katibi Antoni Lokke Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. Onlar BAMF sədri Umud Rəhimoğlu, “Əlil Təşkilatları İttifaqı”nın prezidenti Davud Rəhimli, “Avrasiya Kredit” - Bank olmayan MMC-nin direktoru Ramil Əzizov, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının təmsilçisi Rey Kərimoğlunin iştirakı ilə geniş görüş keçiriblər.
- 13/5/2014 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi, mayın 13-də mərkəzdə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilib.