ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 11/2/2023 “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 353 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1087) ilə təsdiq edilmiş “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
- 9/2/2023 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı ELAN
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək üçün Nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.
- 9/2/2023 "QHT-lərin Beynəlxalq əməkdaşlığının gücləndirilməsi" mövzusunda konfrans keçirilir
Fevralın 9-da ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.
- 8/2/2023 Azərbaycanda innovasiya əsaslı və davamlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində qrant qazanmış təşkilatlar üçün qrant layihələrinin monitorinqi, maliyyə hesabatlığı və kommunikasiyasına aid tələblər
Azərbaycanda innovasiya əsaslı və davamlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində qrant qazanmış təşkilatlar üçün qrant layihələrinin monitorinqi, maliyyə hesabatlığı və kommunikasiyasına aid tələblərə dair təlim keçiriləcəkdir.
- 6/2/2023 QARABAĞ AZƏRBAYCANDIR!
Xəbərin Anonsu
- 6-7/2/2023 Strateji planlaşdırma nədir?
UNDP Azerbaijanın ölkəmizdə QHT-lərin institusional inkişafı üçün etdikləri peşəkarlıq baxımından müqayisə olunmaz dərəcədə faydalıdır. Sadəcə yerli mütəxəssislər ilə kifayətlənməyib, okeanın o tayından-Kanadadan 5i Strategic Affairs şirkətinin prezidenti, Mark Hollinqvord strateji liderlik üzrə eksperti bizimlə görüşə gətiriblər.
- 6/2/2023 QARABAĞ AZƏRBAYCANDIR!
- 6/2/2023 Azərbaycan Əlil Təşkilatları İttifaqının kollektivi Türkiyə xalqına başsağlığı verib
Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və geniş əraziləri əhatə etmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, insanların yaralanması, güclü dağıntıların olması xəbəri bizi olduqca kədərləndirdi. Bu ağır və çətin zamanda həmişə türk qardaşlarımızla bir yerdəyik.
- 3/2/2023 Ağalı kəndinin artıq 100 sakini Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub
“Böyük Qayıdış”ın ilk iştirakçıları olan Ağalı kənd sakinlərindən artıq 100 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.
- 2/2/2023 Milli Məclisdə ictimai dinləmə keçirilir
Milli Məclisdə “Heydər Əliyev İli” və 2 Fevral - Gənclər Gününə həsr edilmiş “Heydər Əliyev - müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilir.
- 2/2/2023 Qrant müsabiqəsi elan edildi - ELAN
Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri v ə təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
- 2/2/2023 2 fevral Gənclər günü
Əziz gənclər, bayramınız mübarək!
- 31/1/2023 Vətəndaş cəmiyyəti təşkilatları üçün strateji planlaşdırma üzrə yeni təlim proqramına start verdik.
Beynəlxalq ekspert tərəfindən aparılan ilk sessiyamıza 40 təşkilat qoşuldu. Proqramın məqsədi təşkilatların cari resurs və vizyonlarını nəzərə alaraq strateji plan yazılması üzrə onları müasir bilik və bacarıqlarla təmin etməkdir.
- 1/2/2023 “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi Şamaxı şəhərində baş tutub!
2-4 yanvar 2023-cü il tarixində Şamaxı şəhərində Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi yekunlaşıb.
- 30/1/2023 Son bir ildə 215 uşaq övladlığa götürülüb, 120 uşaq öz ailəsinə reinteqrasiya edilib
Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.