ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 28/2/2017 MAARİFÇİ QHT- lər: İnkluziv təhsil
Fevral ayının 28-də Təhsil Nazirliyində Maarifçi QHT-lərin aylıq sessiyası çərçivəsində “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklyuziv təlim metodologiyasının yaradılması” məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir.
- 23/2/2017 Xocalı Soyqırımının iyirmi beşinci ildönümü
22 fevral 2017-ci il tarixdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ilə birgə Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində Elmi-praktik konfransı keçirilmişdir.
- 23/2/2017 «Ağ ölümə yox»
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Ağ ölümə yox» layihəsində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq gənclərin iştirakı ilə layihənin yekun tədbiri keçirilib.
- 08/12/2016 “Hamı üçün bərabər imkanlar – Əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması”
Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hamı üçün bərabər imkanlar – Əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması” layihəsinin icrasını başa çatdırmışdır.
- 1/12/2016 Şərq Tərəfdaşlığı Ölkələrinin Vətəndaş cəmiyyətinin 8-ci ((EaP CSF2016) ) Forumu
28 -29 noyabr 2016 tarixdə Belçikanın paytaxtı Brüseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Ölkələrinin Vətəndaş cəmiyyətinin 8-ci ((EaP CSF2016) ) Forumu keçirildi. Avropa Birliyi və Şərq Tərəfdaşlığı üzv olan ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə ümumi və qrup iclasları oldu.
- 25/11/2016 Əlilliyi olan şəxslərin sekçiyə çıxışı
23-25 noyabr 2016-cı il tarixdə Çexiyanın paytaxtı Praqa şəhərində İFES və Avropa Birliyi Şərq Tərəfdaşlığınıslərin dəstəyi ilə "Əlilliyi olan şəxslərin sekçiyə çıxışı" mövzusunda beynəlxalq seminar keçirilmişdir. Tədbirdə iştirakçı ölkələrdan uyğun əlilliyi olan şəxslərin təşkilatlarının və Mərkəzi Seçki Komissiyalarının nümayəndələri iştirak etmişlər. Azərbaycandan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Əlil Qadınlar cəmiyyətinin sədri Məhluqə Rəhimova və MSK-dan nümayəndələr iştirak etmişdir.
- 18/11/2016 Şuranın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vuruldu
Məlumat üçün bildirmək istərdik ki, “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi uğurla icra olunmuşdur.
- 17/11/2016 “Kreativ Gənclər”
“Oriqami” təşkilatı 2001-ci ildə təsisi edilmiş 29/12/2003-cü ildə Azərbaycan Pespublikası Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınmışdır.İctimai birliyin əsas məqsədi uşaq və yeniyetmələrin eləcə də onların əlil həmyaşıdlarının təhsilə maraqlarını artırmaq, asudə vaxtını təşkil etmək, intellektual inkişafına kömək etməkdir.
- 14/11/2016 “Siz tək deyilsiniz! Biz sizinləyik”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, gənclərin iştirakı ilə növbəti 4-cü dəfə Dəyirmi Masa yığıncağı keçirilib.
- 14/11/2016 Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsinə yekun vuruldu
Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihəsi üzrə peşə kurslarının icrasını başa çatdırıb.
- 11/11/2016 Qəhrəmanlarını tanıyaq və tanıdaq!
Azərbaycan Respublikasını n Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”
- 10/11/2016 Əlillər turizmi
“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2016-cı il "Fiziki Məhdudiyyətli Şəxlərin Turizm imkanlarının artırılması və İnteqrasiyası" (Əlillər turizmi) adlı lahiyəsində qalib olmuşdur.
- 3/11/2016 TƏBRİK EDİRİK!
http://www.e-vc.az/index.php?action=static_detail&static_id=12303
Noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.
- 31/11/2016 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Əlil Təşkilatları İttifaqı (ƏTİ) tərəfindən sosial xidmətlər sahəsində icra edilən layihələrin monitorinqi və qiymətləndirilməsi
Fəaliyyət planına əsasən, layihələr və onların icrası ilə əlaqədar məlumatlar toplanılır, müşahidələr aparılır, layihə yerlərinə səfərlər edilir. Bu məqsədlə Bakı, Şamaxı, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xaçmaz, Şəki, Şəmkir, Ağdaşda müxtəlif Qeyri-Hökemət Təşkilatları tərəfindən yerinə yetirilən layihə yerlərinə monitoriq qrupu üzvlərinin səfərləri olmuşdur.