ƏSAS XƏBƏRLƏR
XƏBƏRLƏR
- 10/12/2015 “Əlilliyi olan Uşaqların Valideynləri üçün Ailə Təlim Proqramı”
Layihənin ilkin mərhələsində 2013-cü ildə “Validə” Valideynlər Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Bakı şəhəri Qaradağ rayonunun Sahil qəsəbəsi və Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrində pilot olaraq Ailə Təlim Proqramının tədbiqinə başlamışdır.
- 8/12/2015 “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10.09.2015-10.12.2015-ci il tarixə kimi 3 aylıq nəzərdə tutulmuş
- 8/12/2015 Regionlarda monitorinqlər
"Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10.09.2015-10.12.2015-ci il tarixə kimi 3 aylıq nəzərdə tutulmuş
- 4/12/2015 3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Binəqədi rayonu Icra Hakimiyyəti və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının tədbiri
3 Dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Binəqədi rayonu Icra Hakimiyyəti və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası sağlamlıq imkanları məhdud olan hemofiliyalı uşaqlar üçün tədbir keçirdi.
Tədbirdə uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirərək, göstərdilər ki, əgər dərman preparatları ilə təminat və qayğı varsa, onlar məktəbə gedir, kamil və sağlam həyat tərzi sürürlər.
- 3/12/2015 BMT-nin Baş Katibinin 3 dekabr 2015-ci il Beynəlxalq əlilliyi olan insanlar günü münasibəti ilə müraciəti.
Bu il Beynəlxalq əlilliyi olan insanların gününü 2030 davamlı inkişafın məqsədləri kimi ambisioz qərarın qəbul olunduğu ərəfədə qeyd edirik. Bu qlobal proqram bizi “Heç kəsi arxada qoymayaq” fəaliyyətinə çağırır.
Hamı üçün davamlı, inkluziv dünyanın qurulması bütün əlilliyi olan şəxslərin tam iştirakını tələb edir.
- 2/12/2015 BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri.
1. Dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq;
2. Aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etmək;
3. Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək;
- 1/12/2015 Nəhayət ki, mən də motorlu əlil arabasına sahib oldum.
Bu gün, Türk dili və Ədə biyyat müəllimi, gözəl qəlbli insan, cənab Hayri Ataş özünün müəllifi olduğu “Yalnızlık ömür boyu” kitabının satışından əldə etdiyi vəsait hesabına aldığı 1 ədəd motorlu əlil arabasını mənə və 11 ədəd adi əlil arabasını "ƏST" İB-in üzvü olan əlilliyi olan insanlara hədiyyə etdi.
- 30/11/2015 "Zəfərimizi cənab Prezident başda olmaqla bütün Azərbaycan xalqına həsr edirik"

- 27/11/2015 Heydər Əliyev Fondunun “Xəyallarla dolu qəlblər” adlı sərgisi
Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. İstedadlı uşaqların “Xəyallarla dolu qəlblər” adlı sərgisi də belə layihələrdəndir.
- 27/11/2015 2015-ci ilin 1 yanvardan, 31 oktiyaba kimi respublika ərazisində 1846 yol-nəqliyyat hadisəsi
Azərbaycan Respublikası « Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində, 27 noyabr 2015-ci il tarixində, Beynəlxalq Mətbuat Mərkəzində,
- 26/11/2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
- 26/11/2015 Vətəndaş cəmiyyəti forumu
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yüzlərlə QHT-nin iştirakı ilə 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərini müzakirə olunmuşdur.
https://youtu.be/iTbn-9PvxJM
- 24/11/2015 Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb. Sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
- 23/11/2015 "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği"
Azərbaycan Respublikasıının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhər Mədəniyyətinin Videoçarxlar Vasitəsilə Təbliği" layihəsi həyata keçirilmişdir. 3 ay davam edən layihədə 8 iştirakçıya videoçəkiliş və montajın əsas prinsipləri öyrədilmişdir.
- 21/11/2015 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günüdür.
Azərbaycanda da 21 noyabr Dünya Yol qəzaları Qurbanlarının Xatirəsi günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi çərçivəsində,