19 Sentyabr 2020-ci il

Əsas Səhifə Webmail

12/1/2018 ÜMUMİ MƏLUMAT

1. Əlilliyi olan şəxslər barədə ümumi məlumat

Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.

Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti, əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi, əlillərin sosial müdafiə tədbirlərinə ehtiyacların müəyyən edilməsi tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Əlillik səbəbləri ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilir.

 

2. S TATİSTİKA

 

 

2020

 Əhalinin ümumi sayı 10 067 100  
 Əlilliyi olan şəxslərin ümumi sayı                 633 469 (6,1% ümumi əhaliyə nicbətdə)
 Əlilliyi olan uşaqlar                                           62 951 (9,9% ümumi əoş-lərə nisbətdə)
 Sosial müavinat alan əlilliyi olan şəxslər 180 521
 Əlilliyi olan pensiyaçılar                                  383 993

onlardan

 
  • Qadınlar
224 310
  • Kişilər
159 683
  • Işləyənlər
43 070
  • Işləməyənlər
340 923
Orta aylıq pensiya 229.74 manat
Minimum pensiya 200 manat
Sosial xidmət müəssisələrinin sayı (+18)
  • Yerlərin sayı
  • yaşayanlar
9 1 237 812
Uşaqlar üçün social xidmət müəssisələrinin sayı
  • yerlərin sayı
  • yaşayanlar
3 390 344
İnkluziv təhsilə cəlb olunmuş əlilliyi olan uşaqlar   60 nəfər (0.2% )
 

 

 

ÜMUMİ MƏLUMAT.


 
 

1




Flag Counter






» 19/9/2020- “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

» 18/9/2020- Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

» 17/9/2020- Nazir Sahil Babayev özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış kiçik müəssisələrə baxış keçirdi

» 16/9/2020- UNEC tələbəsi Birləşmiş Krallığın dəstəyilə "British Council" tərəfindən keçirilən "Creative Spark" müsabiqəsində dünya çempionu olub.

» 16/9/2020- "Əlilliyi olan aztəminatlı ailələrə sosial dəstək"

» 15/9/2020- Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı

» 14/9/2020- “Qəhrəmanlarımız qürur mənbəyimizdir”

» 10/9/2020- Yenə standartlara uyğun olmayan ramp, əlilliyi olan şəxslərə qarşı laqeydlik, yanlış məlumat.

» 10/9/2020- Ağstafada 16 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu

» 9/9/2020- Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi

» 8/9/2020- Qaradağ, Xətai, Binəqədi, Nərimanov, Saatlı, Sabirabad, Şuşa və Zəngilan rayonları üzrə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunanların nəzərinə

» 5/9/2020- Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə bu dəfə həndbol üzrə inkluziv idman yarışları keçirildi

» 4/9/2020- AR Milli Məclisinin İnsan Hüquqları Komitəsi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərlə birgə video-konfrans keçirmişdir.

» 3/9/2020- Əlilliyi olan uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

» 2/9/2020- Bakıda Mərdəkan-Buzovna-Bilgəh magistral yolunda yeni piyada körpüsü istifadəyə verilib.

» 1/9/2020- “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi hüquqi yardımların göstərilməsi layihəsinin icrasına başladı

» 1/9/2020- Sosial-psixoloji reabilitasiya xidmətləri təkmilləşdirilir

» 31/8/2020- Daha 155 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları rayonlara aparılaraq verilib

» 28/8/2020- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 27 avqust tarixli 309 nömrəli Qərarı ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı” bölməsi yeni redaksiyada təsdiq edilmişdir.

» 28/8/2020- “Benefisiar sahibliyin açıqlanması”