19 Mart 2024-ci il

Əsas Səhifə Webmail

AZƏRBAYCANDA ƏLİLLİYİN VƏZİYYƏTİNİN MONİTORİNQİ

Əlil Təşkilatları İttifaqının (ƏTİ)
əlilliyin vəziyyəti və əlillərin hüquqları üzrə Monitorinq Qrupunun
 
Ə S A S N A M Ə S İ
 
I ÜMUMİ MÜDDƏALAR
1.      Azərbaycan Respublikası «Əlil Təşkilatları İttifaqı»nın (ƏTİ) əlilliyi olan şəxslərin hüquqları üzrə monitorinq qrupu (bundan sonra MQ) Birləşmiş Millətlər Təşkilatının (BMT) əlillərin hüquqları haqqında Konvensiyasına (ƏHK), Azərbaycan Respublikası və beynəlxalq qanunlara uyğun, könüllülük və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.
2.     MQ öz fəaliyyətində ƏHK, Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, beynəlxalq normativ hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur.
3.     Monitorinq qruppası öz fəaliyyətini müvafiq dövlət orqanlari, yerli və beynəlxalq qurumlarla qarşılıqlı əlaqədə qurur.
4.     Fəaliyyətində şəffaflıq, qərəzsizlik, müstəqillik, neytrallıq və bərabər imkanlar prinsiplərini əsas tutur.
 
II Məqsəd və vəzivələri
 
Əlillərin hüquqlarına əməl olunması istiqamətində araşdırmalar aparmaqla mövcud vəziyyətin analizi, təklif və hesabatların hazırlanması və təqdim olunması  
 
III. Funksiyalari
1.    ƏHK-ə əməl olunması və onun maddələrinin yerinə yetirilməsini araşdırıb analiz etmək
2.    Azərbaycan Respublikasının qanunlarını, hüquqi-normativ sənədləri araşdırır, rəy və təkliflərini hazırlayaraq müvafiq təşkilatlara təqdim edir
3.    Azərbaycan Respublikasının qanunlarının Azərbaycanın qoşulduğu beynəlxalq qanunlarla uzlaşdırılması istiqamətində təkliflər hazırlayır
4.    Qanunların icra olunması səviyyəsi istiqamətində araşdırmalar aparır
5.    Əlillərin hüquqlarının təmin olunmasında ictimai nəzarəti təmin edir
6.    Hüquqi xidmətlər təşkil edir
7.    Öz fəaliyyəti barədə ictimai məlumatlandırmanı təmin edir
8.    Müraciət olunmuş ərizə və şikayətlərləri araşdırmaq
9.    Vətəndaş cəmiyyətinin ictimai nəzarət istiqamətində aktivləşməsi üçün tədbirlər həyata keçirtmək
10. KİV və Media ilə əməkdaşlıq
11. Beynəlxalq təcrübənin öyrənilməsi, analizi və tətbiqi
IV Üzvlük
 
Tələblər:
1.    Könülülük
2.    Müstəqil qərar vermə imkanlı
3.    Müəyyən təcrübəyə malik olmaq
4.    Expert bacarıqları olmaq
5.    Ümumi maraq və prinsipləri üstün tutmaq
 
Qaydalar:
1.    Üzv olmaq (çıxmaq) istəyən hər kəs (təşkilat) MQ-yə yazılı müraciət etməlidir
2.    Üzvlüyə qəbul edilmə və xitam verilmə barədə qərar ümumi yığıncaqda 2/3 səslə qəbul edilir.
3.    Üzvlük fərdidir
4.    Üzvlər vəsiqə ilə təmin olunurlar  
 
Azərbaycan Respublikası ərazisində əlilliyi olmuş şəxslərin hüquqları haqqında beynəlxalq konversiyanın icrasında fəaliyyət göstərən, qanun pozuntularına qarşı mübarizə sahəsində tədbirlər həyata keçirən və bu əsasnamənin tələblərini qəbul edən hər bir ictimai birlik bu komisiyya üzv ola bilər.                                                            
2.  MQ üzv olmaq istəyən hər bir təşkilat Monitorinq qruppasına yazılı müraciət etməlidir.
3. Monitorinq qruppasına üzvlük könüllüdür. Monitorinq qruppasının Əsəsnaməsinə zidd hərəkətlərə yol vermış üzvlər qruppa üzvlüyündən dərhal xaric edilir.
4.  Üzvlüyə qəbul edilmə barədə qərar ümumi yığıncaqda qəbul edilir.
 
 
IV. Hüquq və vəzifələri
 
1. MQ-nin fəaliyyətində və iclaslarında iştirak etmək;
2. Təkliflər irəli sürmək;
3.  MQ-nin təmin etdiyi vasitələrdən, informasiya bazalarından istifadə etmək;
4. MQ yığıncağının qərarına əsasən onun adından çıxış etmək;
5. Əsasnamənin tələblərinə riayət etmək;
6. Sui istifadə hallarına yol verməmək
 
  
 
V. MQ-nin fəaliyyətinin təşkili
 
 1. MQ ali orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaq üzvlərin 2/3 iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaq üzvlərin 1/3-nin razılığı ilə çağırıla bilər;
 2. Monitorinq qruppası yığıncaqlar arası müddətdə monitorinq qruppasının fəaliyyətini əlaqələndirməsi və ümumi işini təşkil etməsi üçün üzvlərindən birini əlaqələndirici seçir;
 3. Ümumi yığıncağ monitorinq qruppasının tərkibini və monitorinq qruppasının əlaqələndiricisini seçir;
4MQ-də qərarlar sadə səs çoxluğu ilə qəbul edilir;
5. MQ üzvləri mütəmadi iclaslar, görüşlər, seminarlar keçirir, müxtəlif ekspertlərlə görüşlər təşkil edir, Səhiyyə, Sosial Təminat və Təhsil sahəsindəqanun pozuntularına qarşı mübarizə üzrə müxtəlif layihələr üzərində işləyir və həyata keçirirlər;
6.MQ tərkibində üzvlərin nümayəndələrinin təmsil olunduğu işçi qruplar yaradıla bilər.
7. Könüllülər cəlb oluna bilər
8. MQ fəaliyyətində üzvlərin razılaşdığı təşkilatın blankı, möhrü, bank hesabı və digər rekvizitlərdən istifadə edir və əmlakını onun balansında saxlaya bilər

VI. Maliyyə mənbələri
 
1.     Layihələr
2.     İanələr
3.     Üzvlük haqları
4.     Qanunvericilik və əsasnaməyə zidd olmayan fəaliyyətlərdən daxilolmalar

VIII.  Yekun müddəalar
1. Bu əsasnaməyə əlavə, dəyişiklik və MQ-nin ləğvi yığıncağın qərarı ilə edilə bilər.
 
 

1




Flag Counter






» 14/3/2024- Cenevrədə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”sının icrasına dair Əlil Təşkilatları İttifaqının alternativ hesabatı Komitəyə təqdim olunub məruzəsi təqdim edilib

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/3/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/2/2024- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib Dövlətimizin başçısı mərasimdə nitq söyləyib

» 13/2/2024- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslər ilə fokus qrup keçirib.

» 14/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/2/2024- Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.

» 7/2/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/2/2024- Əlil Təşkilatları İttifaqı “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini uğurla yerinə yetirdi.

» 31/1/2024- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/1/2024- Azərbaycanın vətəndaş cəmiyyəti Prezident İlham Əliyevlə fəxr edir – BƏYANAT

» 8/1/2024- Naxçıvanda Milli QHT Forumunun regional forumu keçirilib

» 28/12/2023- Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

» 29/12/2023- “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsi üzrə əlilliyin olan şəxslərin təşkilatları ilə fokus qrup keçirib.

» 25/12/2023- 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib

» 21/12/2023- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub

» 21/12/2023- Xankəndidə “Qarabağ”-MOİK oyunu Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib

» 20/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/12/2023- “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları”