- 25/5/2022 Pakistanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi ilə görüş olub. Azərbaycanla Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Pakistanın dövlət başçıları tərəfindən iki ölkə arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.
- 15/5/2022 “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda iştirak üçün Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan, çalışan əcnəbilər, eləcə də bir sıra ölkələrdən nümayəndələr də müraciət ediblər.
- 14/5/2022 Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə inklüziv veloyürüş təşkil olunub. Sumqayıt Dənizkənarı Bulvarında təşkil olunan veloyürüşdə bir qismi Vətən müharibəsi əlili olan 10 nəfər əlilliyi olan şəxs də iştirak edib.
- 21/4/2022 Reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində əlilliyi olan 6,9 mindən çox şəxsə xidmətlər göstərilib.
- 20/4/2022 “SOSİAL MEDİANIN İDARƏ EDİLMƏSİ”layihəsinin təqdimat tədbiri keçirilib.
20.04.2022-ci il tarixdə Sputnik Azərbaycan”da Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyi “Sosial Medianın idarə edilməsi” adlı layihənin təqdimat tədbiri keçirib.Tədbirdə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Rəşidə Abdullayeva, Qeyri Hökumət təşkilatlarının rəhbərləri, Qərbi Kaspi Universitetinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Vəfa Bünyatova və digər qonaqlar iştirak etdilər.
- 9/4/2022 “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə layihənin icrasını davam etdirir.
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 28/3/2022 QARABAĞ AZƏRBAYCANDIR!
- 27/3/2022 Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan təlimlər davam etdirilir
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə yaz tətilində uşaqların vaxtının səmərəli keçirilməsi məqsədilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyində sağlamlıq imkanları məhdud uşaqlara təlimlərin keçirilməsini davam etdirir.
- 27/3/2022 “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” - Qəbələ
“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İnkluziv iqtisadi modelin inkişafı: əliliyi olan şəxslərin əmək bazarında iştirakçılığının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.
- 18/3/2022 DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb
Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.
- 15/3/2022 Əlil Təşkilatları İttfaqının növbəti XVIII ümumi yığıncağı keçirilmişdir.
İdarə heyətinin qərarı ilə 3 nəfərdən ibarət yaradılmış Təşkilat Komitəsinin sədri “Əlilliyi olan şəxslərə dəstək” ictimai birliyinin sədri Təranə xanım Musayeva ümumi yığıncağa hazırlıq işləri barədə məlumat vermiş, 32 təşkilatın nümayəndəsini təqdim etməsini bildirmiş, reqlamenti yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra yetərsayın olduğu bildirilmiş və yığıncağın rəhbər orqanlarının seçilməsini təklif etmişdir.
- 16/3/2022 Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi - Siyəzən
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial xidmətlərin əlçatanlığının müharibə əlillərinə münasibətdə qiymətləndirilməsi, zəif bəndlərin müəyyən edilməsi və həlli yolları” adlı layihəsi qrafika uyğun 11 mart 2022-ci il tarixində Siyəzən rayonu Mədəniyyət Evində nəzərdə tutulduğu kimi uğurla keçirildi.
- 8/3/2022
ƏZİZ XANIMLAR,
SİZLƏRİ 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİİBƏTİ İLƏ TƏBRİK EDİRƏM.
ARZU EDİRƏM SU QƏDƏR TƏMİZ,
HƏYAT QƏDƏR CANLI,
ÇİÇƏK QƏDƏR TƏRAVƏTLİ VƏ GÖZƏL OLASINIZ.
BAYRAMINIZ MÜBARƏK!
- 16/2/2022 2022-ci ilin NOVRUZ çərşənbələri
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu ilin ilk çərşənbəsi - Su çərşənbəsi fevral ayının 22-nə təsadüf edəcək.
- 15/2/2022 “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.
AZE 15 fevral 2022-ci il tarixində “Karlara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Vişeqrad Fondu HumanDoc-un “Sərhədləri aşan əlçatanlıq” beynəlxalq layihəsi çərçivəsində videokonfrans keçirilmişdir.