BİZİM HAQDA
TƏŞKİLATLAR
ÜZVLÜK QAYDALARI
QANUNLAR
KİTABXANA
FOTO ALBOM
ƏMƏKDAŞLAR
LAYİHƏ VƏ
PROQRAMLAR
LİNKLƏR
AZƏRBAYCAN HAQDA
BİZİMLƏ ƏLAQƏ
KOMİSSİYALAR
ARXİV

 

Veb Saytın yaranmasına dəstək:


Azərbaycan Respublikası
Prezidenti yanında QHT – lərə
Dövlət Dəstəyi Şurası


Açıq Cəmiyyət İnstitutu
Yardım Fondu (ACİYF)

Burada Sizin logonuz ola bilər:

 
YENİLİKLƏR
 
3 dekabr - Beynəlxalq Əlilliyi olan İnsanların Günü
 

3 dekabr Beynəlxalq Əlilliyi olan İnsanların Gününün illik qeyd olunması əlil insanların problemləri barədə məlumatın artırılması, əlil insanların ləyaqəti, hüquqları və rifahı üçün yardımın səfərbər olunmasına yönəlib. Bu, eyni zamanda əlilliyi olan insanların siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində cəmiyyətə inteqrasiyasından alına biləcək fayda barədə maarifləndirilmənin artırılmasına yardım edir. Günün mövzusu 1982-ci ildə Baş Assambleya tərəfindən qəbul edilən, İşləmək Qabiliyyətindən məhrum olan İnsanlarla bağlı Ümumdünya Fəaliyyət Proqramı tərəfindən əsası qoyulan əlil insanların cəmiyyətdə iştirakı və onların insan haqlarından bərabər və tam hüquqlu yararlanması üzərində qurulub. 18 dekabr 2007-ci ildə Baş Assambleyanın 62/127 saylı Qətnaməsi ilə Günün rəsmi adı Əlil İnsanlar günündən Əlilliyi olan İnsanların Beynəlxalq Gününə dəyişdirildi.

Ləyaqət və ədalət hamı üçün həm Əlilliyi olan İnsanların Beynəlxalq Günü, həm də İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 60 illiyinin əsas mövzusudur.

Ləyaqət və ədalət hamı üçün ümumbəşəri prinsipdir. Yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı bəşər ailəsinin hər bir üzvünə xas olan ləyaqət, bərabər və ayrılmaz hüquqların dünyada azadlıq, ədalət və sülhün əsası olmasını qəbul edir. Bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə ilə birlikdə bu prinsiplər Birləşmiş Millətlər Təşkilatının 60 illik fəaliyyətini daima müşayiət etmiş və BMT Nizamnaməsi, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, eləcə də İnsan Haqları üzrə Beynəlxalq Razılaşmalar və Əlilliyi olan İnsanların Hüquqları üzrə Konvensiya kimi sənədlərdə əks olunmuşdur. Beynəlxalq hüquq çərçivəsini müəyyən edən bu sənədlər, əlavə olmaqla yanaşı bütün insan hüquqlarının ümumbəşəri, bölünməz, bir-birindən asılı və əlaqəli və qarşılıqlı güclənməsini təsdiq edir.

2008-ci il - 3 may Əlilliyi olan İnsanların Hüquqları Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar beynəlxalq insan hüquqları hərəkatı üçün əhəmiyyətli gün kimi qeyd olunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 60 illiyi ilə əlaqədar bu sənədlər yerli Dövlətləri əlil insanların haqlarının təbliği və təmin olunmasına məcbur edir.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 25-ci maddəsində deyilir ki, “hər kəsin işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış olduğu vasitələrdən özündən asılı olmadan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir”. Əlilliyi olan İnsanların Hüquqları üzrə Konvensiyasında yaşamaq hüququ (maddə 10) və insanların azadlıq və təhlükəsizliyi (maddə 14) daxil olmaqla təhlükəsizliyə aid müddəalar vardır.

28-ci maddədə daha spesifik olaraq qeyd edilir ki, tərəfdaş Dövlətlər yaşamaq üçün uyğun standart və sosial müdafiə hüququnun reallaşdırılması və “yoxsul şəraitdə yaşayan əlilliyi olan insanlar və onların ailələrinin əlillikdən irəli gələn xərclərin edilməsi zamanı uyğun treninq, məsləhətləşmə, maliyyə dəstəyi də daxil olmaqla dövlət yardımını” təmin etməlidir. Bu sənədlər bir daha əlilliyi olan insanların hüquqlarından tam və bərabər şəkildə istifadə etmələrini təsdiq edir. Onlar hər kəs üçün ləyaqət və ədalət prinsipini bir daha təsdiq edir.

Dünya əhalisinin 10 faizi və ya 650 milyona yaxın insan əlil halda yaşayır. Konvensiya sosial, siyasi, iqtisadi, mədəni, mülki sahələrdə əlil insanların insan haqlarını qoruyur və təbliğ edir. Lakin, bütün dünyada əlilliyi olan insanlar cəmiyyətin həyatında iştirakda maneələrlə qarşılaşırlar və tez-tez onlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamağa məcbur olurlar. Onlar, qanunvericilik qarşısında bərabər tanınma, şəxsi fikir və özünü ifadə etmə azadlığından, səsvermə kimi siyasi və ictimai həyatda iştirak hüququndan məhrum edilirlər. Bir çox əlilliyi olan insanlar cəmiyyətdə sərbəst yaşayış yeri seçmə hüquqları birbaşa pozularaq, onlar üçün ayrılan müəssisələrdə yaşamağa məcbur edilir.

Əlilliyi olan insanların səkkiz faizi, yəni 400 milyondan artıq insan kasıb ölkələrdə yaşayır. Yoxsulluqla əlillik arasında birbaşa əlaqə mövcuddur. Misal üçün, əlilliyi olan insanların işsizlik statistikasını göstərmək olar. İnkişaf etməkdə olan ölkələrdə 80 faizdən 90 faizə qədər olan işə yararlı olmayan insanlar işsizdirlərsə, sənayeləşmiş ölkələrdə bu rəqəm 50 və 70 faiz təşkil edir. Onların təhsil və sağlamlıq hüquqları da mütəmadi olaraq pozulur.

UNESCO-nun məlumatına əsasən, inkişaf etməkdə olan ölkələrdə əlilliyi olan uşaqların 90 faizi məktəbə getmirlər. Təxminən 20 milyon qadın hamiləlik və doğuş zamanı ağırlaşmalarının nəticəsində əlillik qazanırlar. Əlilliyi olan insanların davamlı olaraq cəmiyyətdən təcrid olunma halları bütün dövlətlərin Əlilliyi olan İnsanların Hüquqları üzrə Konvensiyanı və onun Könüllü Protokolunun imzalanması, ratifikasiya etməsi və yerinə yetirməsinin əhəmiyyətini ön plana çəkir.

Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq icma çalışmalıdır ki, onların bütün fəaliyyətlərində əlilliyi olan insanlar da cəlb olunsun. Minilliyin İnkişaf Məqsədlərin yerinə yetirilməsi əlil insanlar daxil edilmədən mümkünsüzdür. Minilliyin İnkişaf Məqsədlərinə nail olma cəhdləri və Konvensiyanın yerinə yetirilməsi bir-biri ilə qarşılıqlı əlaqədədir.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 60 illik yubileyi və Əlilliyi olan İnsanların Beynəlxalq Günü ərzində bu prinsiplərin hər kəs üçün reallaşması üçün gəlin “ləyaqət və ədalət hamımız üçün” şüarını çağırış kimi istifadə edək. Konvensiyada şərəf və ədalət mülki, mədəni, iqtisadi, siyasi və sosial hüquqlar kimi təbliğ edilir. Ona görə də Əlil İnsanların Beynəlxalq Günü Əlil İnsanların Hüquqları üzrə Konvensiyanın və onun Əlavə Protokolunun ratifikasiya edilməsi və yerinə yetirilməsi öhdəliyinin yeniləşməsi ənənəsinin tam zamanıdır.

Konvensiyada əsas fundamental tələblərdən biri də budur ki, milli qanunvericilik Konvensiyada əks olunan bütün hüquqların təmin olunmasına qarant versin. Tərəfdaş dövlətlər, Konvensiyada əks olunan hüquqların milli qanunvericilikdə tətbiqinin ən yaxşı yollarını araşdırmalıdırlar. Konvensiyanın məqsəd və mahiyyətinə uyğun olmasını təmin etmək üçün, qanunvericiliyin tətbiq olunması zamanı, Konvensiyadan müddəalar və ya ona istinadlar daxil edilməlidir.

Tək qanunvericilik əlilliyi olan insanların bütün hüquqlardan istifadə etməsini təmin etmir. Dövlətlər əlilliyi olan insanların yaşayışına real təsir göstərmək üçün Konvensiyanın müddəalarını həyata keçirməyə yardım edən siyasət və proqramlar yaratmalıdırlar. Əlilliyi olan insanlar üçün, digər insanlar üçün olduğu kimi, bir hüququn rədd edilməsi bütünlükdə digər hüquqlar və imkanların rədd edilməsi deməkdir.

33-cü maddədə deyilir ki, dövlətlər Konvensiya qaydalarının yerinə yetirilməsində monitorinqi həyata keçirmək üçün yerli monitorinq üzrə əlaqələndirici təyin etməlidir. Dövlətlər, eyni zamanda müstəqil insan hüquqları üzrə institutları kimi fəaliyyət göstərən müstəqil monitorinq mexanizmi də yaratmalıdırlar.
Vətəndaş cəmiyyətinin xüsusilə əlil insanların və onları təmsil edən təşkilatların tam iştirakı milli monitorinq və implementasiya prosesi üçün çox mühümdür. Beynəlxalq monitorinq Əlilliyi olan İnsanların Hüquqlar Komitəsi və Tərəfdaş Dövlətlərin Konfransı tərəfindən həyata keçirilir. Tərəfdaş Dövlətlərin Konfransı ilk dəfə Baş Katib tərəfindən 3 may 2008-ci ildə Konvensiyanın qəbul edilməsindən altı aydan az olmamaq şərti ilə çağırılmalıdır.
Əlil İnsanların Beynəlxalq Günü ləyaqət və ədalət prinsiplərinə öhdəliklərini bir daha yeniləmək və Əlil İnsanların Hüquqları üzrə Konvensiyanın həyata keçirilməsini təmin etmək üçün vaxtdır. Bütün insanlar hüquqa malik olmaqla yanaşı, insan hüquqlarını hamımız üçün reallığa çevirmək vəzifələri vardır.

  • İştirak: Günün qeyd olunması əlilliyi olan insanların hüquqlarına dair beynəlxalq normaların və standartların həyata keçirilməsi üçün yeni imkanların həyata keçirilməsi məqsədi ilə bütün maraqlı tərəflərin - hökumət, qeyri-hökumət və özəl sektorun bir araya gəlməsi üçün imkan yaradır. Məktəblər, universitetlər və oxşar institutlar əlil insanların sosial, mədəni, iqtisadi, vətəndaş və siyasi hüquqlarının maraqlı tərəflərin maraq və maarifləndirilməsinin artırılmasında əhəmiyyətli yardım göstərə bilərlər.
  • Təşkilatçılıq: Günü dəstəkləmək üçün əlilliyi olan insanların problemləri ilə əlaqədar və əlil insanların və onların ailələrinin müstəqil həyat tərzi, rifahı və maliyyə təhlükəsizliyi üçün əlaqədar forumlar, ictimai müzakirələr və məlumat kampaniyalarının təşkil etmək.
  • Günün qeyd olunması: Hər yerdə əlilliyi olan insanların yaşadıqları cəmiyyətlərə verdikləri töhfələri qeyd etmək, əlil insanların müxtəlif bacarıqlarını, maraqlarını və istəklərini əks etdirən fikir mübadilələri və dialoqlar keçirmək
  • Fəaliyyət göstərmək: Əlilliyi olan insanlarla əlaqədar beynəlxalq norma və standartların həyata keçirilməsi və bu insanların sosial həyatda iştirakının təmin edilməsi və onların digər insanlarla bərabər inkişafı üçün fəaliyyət günün əsas mövzusudur. Mətbuatın bu günün qeyd olunmasında xüsusi rolu var; bu sahədə inkişafın düzgün qiymətləndirilməsi və əlil insanlara yönümlü siyasətin, layihə və proqramların həyata keçirilməsində olan çətinliklər və əlilliyi olan insanların yaşadıqları cəmiyyətlərinə verdikləri töhfə haqqında maarifləndirilmənin artırılmasında mətbuatın rolu danılmazdır.
 

TƏBRİK EDİRİK

XƏBƏRLƏR



AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

ELANLAR


Əlil Təşkilatları
İttifaqı (ƏTİ)
müsabiqə elan edir


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurası 2009-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir. Ətraflı www.cssn.gov.az saytından məlumat almaq olar.

SAYĞAC

 

 
WebStudio.Az

Ünvanı: AZ1138, Bakı ş., Əhməd Cavad küçəsi 7a
Tel: (+994 12) 43 44 836; mob: (994 50) 371 03 02; Telfax (+994 12) 43 49 329
E-mail: union-dpo@baku.az


© 2008 Copyright Azəbaycan Respublikası “ƏLİL TƏŞKİLATLARI İTTİFAQI” (ƏTİ) - http://www.udpo.az